Zərdəçalın (türmerik) 6 möcüzəvi faydası

Порций:   Время приготовления:

Edviyyat BaxaratÇoxumuza tanış olmayan bu ədviyyat karrinin ən əhəmiyyətli tərkib hissəsidir. Eləcə də, zəncəfillə oxşar xüsusiyyətlərə malikdir. O həmçinin bişirilən yeməklərə özünəxas ətir və dad qatır.

Zərdəçal qədim dövrdə qaraciyər xəstəliklərinin müalicəsindən tutmuş, depressiya, saçqıran kimi problemləri aradan qaldırmaq məqsədi ilə xalq təbabətində geniş  istifadə olunurdu. Təəssüf ki, bir çox qədim alternativ müalicə üsulu kimi, bu haqda da ətraflı məlumat toplamaq üçün yetərli bilgi mənbəyi yoxdur. Lakin bu o demək deyil ki, zərdəçalın (türmerik) sonsuz faydalarından xəbərsizik. Buna sübut olaraq sehirli ədviyyatın insan orqanizminə 6 xeyirindən bəhs edəcəyik.

1. Zərdəçal, mədə göynəməsi və həzm prossesindəki problemləri aradan qaldırır.

1989-cu ildə aparılmış tədqiqat nəticəsində, zərdəçaldan hazırlanmış əlavələrin digər dərmanlarla müqayisədə mədə göynəməsi və həzm sistemi xəstəlikərinin dəf edilməsində daha çox əhəmiyyətli təsirə malik olduğu müəyyən olunmuşdur.

2. Bir sıra ürək xəstəlikləri ilə mübarizə aparır.

Zərdəçalın əsas tərkib hissəsi olan kurkumin, bu ədviyyatın rəng çalarını təmin etməklə yanaşı, həm də insan orqanizmi üçün çox faydalıdır. 2012-ci ildə daha öncə aparılmış təcrübənin nəticəsinə baxılan zamanı kurkuminin bir dəfə qəbulundan sonra nəzarətdə olan xəstələr arasında ürək tutmalarının sayının kəskin şəkildə azalması müşahidə olunmuşdu. Təcrübədə 2009-2011- ci illər ərzində ürək əməliyyatı keçirmiş 121 nəfər  iştirak etdi. Əməliyyata üç gün qalmış, 5 gün ərzində xəstələrin yarısı kurkumin həblər, digər yarısı isə dərman qəbul etməyə başladılar. Xəstəxanada qaldıqları müddətdə dərman qəbul edən xəstələrin 30 faizində, kurkumin həbləri içən xəstələrinsə 13 faizində ürək tutmaları müşahidə edildi. Lakin təbii ki, o dərman əvəzləyicisi deyil.  Tədqiqatçıların fikrincə kurkuminin antoiksidant və iltihabın qarşısını almaq kimi xüsusiyyətləri belə, infarkt riskinin qarşısını  yalnız 65% ala bilər.

3. Şəkərli diabedi ləngidir.

2012-ci ildə həmçinin diabetin başlanğıcına yaxınlaşan xəstələr arasında da maraqlı təcrübə aparılmışdı. Bu təcrübədə də xəstələr iki hissəyə ayrılmışdı. 9 ay müddətində 1-ci qrup insanlar kurkumin həbləri, digər qrup isə dərmanlarla müalicə edilmişdi. Nəticədə kurkumin qəbul edən xəstələrin heç birində diabed müşahidə olunmamış, digər xəstələrinsə 16%-nə şəkərli diabed diaqnozu qoyulmuşdu. Mütəxəssislər bu faktı da, kurkuminin antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə əlaqələndirmişdilər.

4. Xərçənglə mübarizə aparır.

Amerika Xərçənglə Mübarizə Cəmiyyətinin araşdırmaları bu sahədə də müsbət nəticə vermişdir. Belə ki, xərçəngin ilkin mərhələsində olan insanlar və heyvanlar arasında aparılan təcrübədə zərdəçalın bu xəstəliklə effektiv mübarizə apardığı sübut olunmuşdu. Mütəxəssislərin rəyinə görə bu sehirli ədviyyat xərçəng hüceyrələrini məhv etməklə yanaşı, kimyaterapiyanın təsirinin gücləndirilməsində də əhəmiyyətli rol oynayır. Hətta bir qrup amerikalı alim zərdəçalın vətəni sayılan Hindistana səfər etmiş, belə antigigienik şəraitdə yaşayan insanlar arasında xərçəng xəstəliyinin minimum faizdə olduğunu öyrənmişdilər. Cavab isə çox sadə idi: Zərdəçal. Belə ki, hər gecə 1 stəkan südə 1 ç/q zərdəçal töküb, içmək bədxassəli şişlərlə mübarizə aparır və onları məhv edir.

5. Zərdəçal həmçinin beyini qoruyur.

Zərdəçalın xoş ətirini təmin edən türmeron maddəsi kurkumin qədər dərin araşdırılmasa da, artıq bu yolda bir çox işlər görülməkdədir.  Məlum olmuşdur ki, türmeron zədələnmiş beyin hüceyrələrini bərpa edir. Tədqiqat siçovulların beyin kökü hüceyrələri üzərində aparılmışdır.  Bu hüceyrələrin bərpası isə bir çox sinir xəstəliklərinin yaranmasının qarşısını alır.

6. Oynaq ağrılarının qarşısını alır.

İtihabla mübarizə aparmaq yuxarıda da qeyd etdiyimiz kimi, zərdəçalın əsas xüsusiyyətidir. Bu ədviyyat artrit, diz oynaqlarının müalicəsində də əhəmiyyətli müalicə üsuludur.

Sadaladığımız xəstəliklərdən özünüzü və doğmalarınızı qorumaq üçün sadəcə Zərdəçalı mətbəxinizdən əskik etməyin. Hazırladığınız yeməklərdə Sarıkök əvəzi Zərdəçal istifadə edin.

Turmeric roots, one with a piece cut off

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий