Zərif limonlu piroq

Порций: 10 dilim   Время приготовления: 1 saat

Mövsümə uyğun bol vitaminli, ləzzətli Limonlu piroq hazırlayaq.

Tərkibi:

  • 250 qr xama
  • 110 qr kərə yağı
  • yarım ç/q soda
  • 2 stəkan un
  • 1 yarım limon
  • 1 stəkan şəkər tozu
  • 1 ədəd yumurta sarısı
  • şəkər kirşanı

Hazırlanması:

Xamanı soda ilə qarışdırın. Üzərinə əridilmiş yağ əlavə edib, qarışdırmağa davam edin. Yavaş-yavaş unu da səpin. 1,5 stəkan un tökdükdən sonra xəmir əlinizə yapışırsa yendən əlavə edin. Əgər yapışmırsa geri qalan unu istifadə etməyə bilərsiniz. Xəmiri yoğurub, 2 kündəyə ayırın. Limonu kiçik dilimlərə bölüb, qabığı ilə birgə blenderdən keçirdin. Sonra 1 stəkan şəkər tozu ilə qarışdırın.

limonlu2

Sobanı 180 dərəcədə isidib, birinci kündəni soba sinisinin dibinə qoyun.Əlinizlə sininin dibinə və kənarlarına doğru yerləşdirin.

limonlu4

Üzərinə limonlu içliyi eyni qalınlıqda sürtün.

limonlu

Sonda oxlovla açılmış ikinci kündəni də qoyun.

limonlu4

Üzərinə yumurta sarısı sürtün. Piroqun üzərinə çəngəllə bir neçə deşik açın. 30 dəqiqə bişirdikdən sonra limon ətirli piroqunuzu süfrəyə verə bilərsiniz.

limonlu1

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий