Zogal mürəbbəsi

Порций: 1 kg   Время приготовления:

zogal murebbesiZogal mürəbbəsinin hazırlanma qaydasını təqdim edirik. Ümid edirik, ki bu resept köməyinizə çatacaq.

Ərzaqlar:

  • 1 kq zoğal
  • 1 kq şəkər tozu

Hazırlanma qaydası:

1 stəkan su bişirəcəyimiz qaba tokülür, qaynayanda üzərinə şəkər tozu əlavə edilir və aşağı odda əridilərək şirə hazırlanır.

Yetişmiş zoğallar yuyulub şirənin icərisinə əlavə edilir, biraz qızıb şirəni özünə çəkir. Qaynamağa başlayanda ocaq söndürülüb mürəbbə kənara çəkilir və tam soyuyur.

Ikinci dəfə ocağın üzərinə qoyulub bərk odda bişirilir. Zoğal mürəbbəsi cox köpükləndiyi üçün bişdikçə kəfini tez-tez yığmaq lazımdır. Mürəbbənin bişməsini yoxlamaq üçün bir qaba mürəbbənin suyundan bir az tökülür və soyudulur. Soyuduqdan sonra qasıqla icindən xətt çəkilir. Əgər həmən xətt gec bitişərsə mürəbbə hazırdır.

Reseptə görə, Afaq xanıma minnətdarıq.

zogal murebbesi

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий