2018-ci ilin salatı

Порций:   Время приготовления:

Şərq təqviminə görə, 2018-ci ilin simvolu sarı torpaq İtidir. Siz də bayram süfrənizdə həm uşaqlarınızı sevindirəcək, həm də görünüşü ilə qonaqlarınızı təəccübləndirəcək “İt” görünüşlü Yeni il salatı hazırlaya bilərsiniz.

Tərkibi:

  • 3-4 ədəd kartof

  • 2 ədəd yumurta

  • 150 qr bişmiş kolbasa

  • yarım ədəd soğan

  • 100 qr xiyar tutması

  • 100 qr mayonez

  • 2-3 ədəd zeytun

  • duz,istiot zövqə görə

  • bəzəmək üçün şüyüd

Hazırlanma qaydası:

İlk öncə kartof və yumurtanı bişirib soyudun, qabıqlarını soyun. Kartofu rəndələyin və servis edəcəyiniz boşqaba “İt” formasının baş hissəsini və qulaqlarının şəklini verərək yayın.

Duz, istiot vurub mayonez yaxın.

Baş soğanı xırda doğrayın və 2 –ci qat olaraq yayın.

3-cü qat olaraq xırda doğranmış kolbasanı töküb yayın.

Duz, istiot vurub mayonez yaxın. Xiyar tutmasını halqavari dilimləyin və 4-cü qat olaraq səliqəli düzüb mayonez yaxın.

Bişmiş və rəndələnmiş yumurta sarısını üz və çənə hissəsinə yayın, yumurta ağlarını isə qulaq hissələrinə tökərək şəkil verin.

Şəkildə gördüyünüz kimi zeytundan “burun” və “göz” qoyun, “qaş” və “dil” hissəsini isə kolbasadan hazırlayın. Şüyüdlə bəzəyib salatı soyuducuya yerləşdirin.

Nuş olsun!

Метки записи: , , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий