3-cü iştirakçımız Nərmin Məmmədovanın Yeni il hazırlıqları

Порций:   Время приготовления:

1.Nar bilərziyi “ salatı ( 2017 Xoruz ilinin simvolu olan qırmızı rəng aktual olacağından ,bu salatın yeni il süfrəsini tamamlayacağını düşünürəm) 5-6 nəfərlik

Tərkibi : yerkökü- 3 ədəd kartof- 3 ədəd çuğundur-2 ədəd kiçik və ya 1 ədəd iri yumurta-3 ədəd qoz ləpəsi – 1 stəkan (xırda-xırda doğranmış) toyuğun döş əti-2 ədəd ( sümüksüz, dərisiz) mayonez (istəyə görə mayonezi xamayla qarışdırmaq da olar) duz, istot, nar dənələri (təxminən 1 iri nardan)

Hazırlanma qaydası : Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişiririk. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığırıq. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didirik yaxud bıçaqla xırda-xırda doğrayırıq. İri yastı qabın ortasına su stəkanı qoyuruq. Ərzaqları bu stəkanın ətrafında bu ardıcıllıqla yerləşdiririk: 2-3 laydan bir duzlayıb istiotlayırıq, amma çox deyil, çünki mayonez duzlu olur. 1. kartof 2. mayonez (təxminən 2 x. qaşığı) 3. çuğundurun yarısı 4. mayonez 5. yerkökü 6. mayonez 7. qoz 8. toyuğun yarısı 9. mayonez 10. yumurta 11. mayonez 12. qalan toyuq 13. mayonez 14. qalan çuğundur 15. mayonez Sonda mayonezi salatıın hər tərəfinə çəkirik. Üstünə və kənarlarına nar dənələri səpib və əlimizlə yüngülvari yapışdırırıq və stəkanı götürürük. Bir neçə saatlıq soyuducuya qoyuruq.

2.“Rəngli bolqar bibərli toyuq salatı” 4 nəfərlik

Tərkibi: toyuğun döş əti -500 qram dərisiz və sümüksüz duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)- 1/2 çay qaşığı xiyar-1 ədəd qabığı soyulmuş (duzlu xiyarla da əvəz edə bilərsiniz) yerkökü -2 ədəd suda bişmiş və qabığı soyulmuş yaşıl Bolqar bibəri -1 ədəd qırmızı Bolqar bibəri -1 ədəd sarı və ya narıncı Bolqar bibəri -1 ədəd şüyüt - zövqə görə xırda doğranmış duz - zövqə görə istiot- zövqə görə mayonez -4 xörək qaşığı və yaxud 2 xörək qaşığı mayonez və 2 xörək qaşığı xama (zövqə görə bu miqdarı artırmaq da olar)

Hazırlanma qaydası : 1. Toyuq ətini duz əlavə edilmiş suda bişiririk. Sonra süzüb və kənara qoyuruq. Soyuduqdan sonra, bıçaqla uzunsov doğrayırıq və ya da əlimizlə didirik. 2. Xiyar, yerkökü və bibərləri nazik uzunsov şəkildə ,şüyütü xırda-xırda doğrayıb , duz –istiot vururuq. 3. Ərzaqların hamısını bir qaba qoyub qarışdırıb ,soyuduyucuda ən azı yarım saat saxladıqdan sonra yemək olar.ner

3.Çığırtma plov” 7-8 nəfərlik Tərkibi: düyü -4 stəkan yumurta -8 ədəd toyuq-1 ədəd soğan-5 ədəd kərə yağı—200 qr limon -60 qr və ya 0.2 qr limon turşusu, yaxud abqora – 80 qram sarıkök və ya zəfəran -0,4 qr duz,istiot -zövqə uyğun Hazırlanması: 1. Plov bişirmək üçün düyü təmizlənir, 2-3 saat islağa qoyulur. Böyük qazanda su qaynadılır və duz vurulur. 2.Su qaynadıqda düyü suya əlavə olunur. Düyü 5 dəqiqə qaynadıqdan sonra süzgəcdən süzülür. Üzərinə soyuq su gəzdirilir. Düyünun üzərinə əridilmiş kərə yağı gəzdirilir. 3. Başqa qazan götürülür dibinə yuxa və ya qazmaq üçün hazırlanmış xəmir düzülür, üzərinə düyü tökülüb əridilimiş sarıkök və ya zəfaran vurulur. 4. Plovu dəmə qoyduqda mütləq qazanın altında dəmir tava və ya dəmir altlıq olmalıdır. Dəmə qoyduqda qazanın qapağına dəsmal və ya qapaq üçün papaq qoyulur, qazanın ağzı bərk bağlanılır. Plov aşağı istilikdə 1 saat dəmə qoyulur. Çığırtma plov üçün toyuq çığırtması iki üsulla hazırlanır; 1. Təmizlənmiş toyuq az miqdar suda yarımhazır olanadək bişirilir. Toyuq bişirilərkən bulyona duz və iri doğranmış soğan qatılır. Toyuq bulyondan çıxarılır, səthinə zəfəran şirəsi sürtülür, 40-50 qramlıq tikələrə doğranır. Toyuq bulyonunun yağlı yerindən bir qədər götürülüb üzərinə abqora və ya limon şirəsi tökülür. Yumurtadan ayrıca tavada qalın qayğanaq bişirilir və turşulu bulyonun içinə salınır. Tavaya əvvəlcə bişirilmiş toyuq tikələri, üstünə qayğanaq düzülür, turşulu bulyon əlavə edilib, öz buğunda zəif alovda hazır vəziyyətə gətirilir. 2. Toyuq təmizlənir, yuyulur və 40-50 qramlıq tikələrə doğranır. Tikələrə duz və istiot vurulub tavada azacıq su əlavə edilməklə yarımhazır olanadək bişirilir. Soğan qabığından təmizlənir, yarımhalqa formasında doğranılır .Soğan kərə yağında biraz qızardılır üzərinə bişmiş toyuq tökülür və duz vurulur. Yumurta sındırılır,zəfəran şirəsi duz vurulur, yaxşı qarışdırılır və toyuğun üzərinə əlavə edilir abqora və ya limon şirəsi əlavə edilir.Yumurta bişdikdə yemək qazdan götürülür Plov süfrəyə verildikdə üstünə çığırtma qoyulur. Çığırtma ayrıca boşqabda da süfrəyə verilə bilər.ner1

4. Romantik Yeni ilin “Toyuq içalatı” resepti )

Tərkibi: toyuq içalatı -500 qr soğan-2 böyük kartof-4-5 iri yağ-kərə yaxud duru yağ -200 qr. duz, istiot-zövqə görə (şüyüt-Zövqə görə əlavə oluna bilər)

Hazırlanması : Toyuq içalatını orta ölçüdə dorayıb, üzərinə 2 stəkan su əlavə edib pörtürük.Soğanları zövöq uyğun xırda-xırda yaxud halvari doğrayırıq , İçalatın çəkiləndən sonra üzərinə soğanı və yağı əlavə edirik,soğan və içalatı qızardırıq. Kartofların qabığını soyub ,doğrayıb ( uzunsov yaxud kub formasında zövqə uyğun) ayrıca tavada qızardırıq. Kartof bişdikdən sonra içalata əlavə edirik,duz-istiot vururuq Düzdü mənim yaratdığım kompozisiyada kartof və içalatı bir-birinə qarışmayıb, ancaq reseptə əsasən onları bir-birinə qatmaq lazımdır)

5. “Ətli blinçik” resepti

Tərkibi: (xəmir) Yumurta: 2 ədəd Şəkər tozu: 1 və ya 1,5 xörək qaşığı duz Süd: 2 stəkan duru yağ -2 xörək qaşığı un-1 stəkan və ya aldığı qədər Tərkibi (İçlik ): mal əti -500 qram baş soğan -1 ədəd istiot ,duz-zövqə uyğun duru yağ (içliyi qızartmaq üçün)

Hazırlanması: Ətli blinçiki hazırlamaq üçün əvvəlcə içliyin hazırlanmasından başlamaq lazımdır. İçliyi hazırlamaq üçün soğan və ətlər kiçik ölçüdə doğranılır. Yağda bişirilir. Yanmaması və bərabər bişməsi üçün ət və soğan arada qarışdırılır. Bişməyə az qalmış duz və istiot vurulur. Qeyd: ətlər əvvəlcədən qiymə halına gətirilib o şəkildə də bişirilə bilər. Soğan və ətlər bişdikdən sonra onları ət doğrama baltası vasitəsi ilə qiymə halına gətiririk. Bu şəkildə hazırlanan ət daha ləzzətli olur. Geniş bir qab götürülür. Burada blinçik üçün lazım olan ərzaqları qarışdırırıq və duru blinçik xəmiri hazırlayırıq. Tava ocaqda isidilir. İsti tavaya blinçik xəmirindən biraz tökülür. Hazırlanacaq blinçiklərin ölçüsünə uyğun tava seçilir. Məsələn, böyük blinçik hazırlayacağımız təqdirdə daha böyük, kiçik blinçik hazırlayacağımız təqdirdə daha kiçik tava seçirik. Blinçik xəmirini tavaya tökdükdən sonra tavanı hər tərəfə əyərək xəmirin tavaya bərabər şəkildə yayılmasını təmin edirik. Xəmirin bir üzü bişdikdən sonra ikinci üzünü də çeviririk və hər iki üzünü bişiririk. Qalan blinçik xəmirinin hamısını eyni qaydada bişiririk və bişən blinçikləri üst – üstə yığırıq. İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın. Blinçikin içərisinə ət qoyulması. Hazır blinçik masanın üzərinə qoyuru. İçərisinə əvvəlcədən hazırladığımız bişmiş soğanlı qiymədən biraz qoyuruq. Blinçiki zərf formasında bükürük. Bütün blinçikləri bu formada bükdükdən sonra tavaya biraz yağ əlavə edirik. İçərisinə içlik qoyduğumuz ətli blinçik bu tavada yağda qızardılır. Bişirdiyimiz ətli blinçik artıq yağlardan qurtarması üçün salfetin üzərinə qoyulur. Yağı salfet tərəfindən çəkilən ətli blinçik süfrəyə verilmək üçün hazırdır. Nuş olsun )
ner2

Yeni il üçün “Alma piroqu “
Həyətdə soyuq və şaxtalı hava şəraitinin olmasına baxmayaraq ,özümüzü və yaxınlarımızı hil və darçınlı alma piroqu ilə sevindirməyə dəyər.Bu piroqun ətri evi isti və rahatlıqla tamamlayır )
Tərkibi :
1 ) 130 qr. Kərə yağı
2)1 çay qaşığı üyüdülmüş hil
3) 500-600 qr.alma
4) 3-4 xörək qaşığı açıq –qəhvəyi şəkər tozu
5) 1,5 çay qaşığı darçın
6) 100 qr .şəkər kirşanı
7) 2 yumurta
8)140 qr. Un
9) 0,5 çay qaşığı qabartma tozu
Hazırlanma qaydası:
1) Bütün inqredientlər otaq tempraturunda olmalıdır.Un və qabartma tozunu ələkdən keçiririk
2.)2 xörək qaşığı açıq-qəhvəyi şəkər tozu darçınla qarışdırırıq.Almaları təmizləyib,dilimlərə kəsirik , qarışdırılmış şəkər tozu və darçına qatırıq.
3) Kərə yağını əridirik. 1 qədər soyumağını gözləyirik, yağ ilıq da ola bilər.Hil əlavə edib qarışdırırıq.Qaba töküb şəkər kirşanı əlavə edib qarışdırırıq.Sonra yumurtanı əlavə edib inqredientlər birləşənə qədər qarışdırırıq,Ələkdən keçirilmiş un və qabarta tozunu əlavə edib qarışdırmaq lazımdır.
4)Diametri 21-23 sm olan qabı ( forma) yağlayırıq ,un səpirik ,xəmiri həmin qaba töküb hamarlayırıq.Doğranmış alma dilimlərini səliqə ilə xəmirin üstünə yerləşdiririk və yerdə qalan şəkər tozunu hilə qatıb ,almanın üzərinə tökürük.
5) 175 dərəcə tempraturda 30-40 dəq. bişiririk. Üzərinə şəkər kirşanı əlavə edib, süfrəyə veririk.

ne