3 fərqli Türk qəhvəsi

Порций:   Время приготовления:

Qəhvə içənlərin əvəzolunmazı Türk qəhvəsinin fərqli  reseptlərini heç sınamısınızmı?

Əgər sınamamısınızsa sizlərə 3 fərqli Türk qəhvəsi reseptini təqdim edirik.

 Ləziz dadı ilə Muskatlı Türk qəhvəsi

Tərkibi:

  • 1 stəkan soyuq su

  • 1 çay qaşığı Türk qəhvəsi

  • 1 çay qaşığı muskat qozunun rəndəsi

  •  Zövqə görə bir çay qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Su, qəhvə və şəkər tozunu qəhvədanın içinə tökün.  Qəhvə köpüklənib daşmağa başladıqda içinə muskat qozunun rəndəsini əlavə edin. Fincana  əvvəl köpüyünü daha sonra qəhvənin özünü töküb için.

Darçınlı Türk qəhvəsi

 Tərkibi:

  • 1 stəkan soyuq su

  • 1 çay qaşığı Türk qəhvəsi

  • 1 çay qaşığı darçın

  • Zövqə görə bir çay qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Qəhvə, şəkər tozu və suyu qəhvədanın içinə tökün. Sonda darçını əlavə edərək qarışdırmağa davam edin. Ocağa qoyduğunuz qəhvədanı zəif odda bişirin. Qəhvə köpüklənməyə başladıqda köpüklərini götürüb fincana töküb. Qəhvə tamamilə qaynadıqda fincana töküb süfrəyə verin.

Hilli Türk qəhvəsi

 Tərkibi:

  • 1 stəkan soyuq su

  • 1 çay qaşığı Türk qəhvəsi

  • 1 ədəd hil

  • Zövqə görə bir çay qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Qəhvədanın içində şəkər tozu, hil ,qəhvə və suyu qarışdırın. Yaxşıca  qarışdırandan sonra qəhvədanı ocağın üzərinə qoyun. Qaynayana qədər bişirib köpüklərini fincana tökün. Daha sonra qəhvəni fincanın içinə töküb için.

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий