Sadəcə 3 inqrediyentlə maffin

Порций:   Время приготовления:

Qəfildən gələn qonaqlara həm çox asan, həm də çox ləzzətli maffin bişirə bilərsiniz.  

Tərkibi:

  • 2 ədəd banan
  • 4 ədəd yumurta
  • moruq

Hazırlanma qaydası:

Geniş bir qabın içərisində bananları çəngəllə yaxşıca əzin. Əzilmiş bananların üzərinə yumurtaları əlavə edin və qarışdırın. Muffın qəlibini yağlayın və içərisinə hər birinə 2 ədəd moruqları yerləşdirin. Qarışığı muffin qəlibinə tökün. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Nuş olsun!