5 dəqiqəyə mini çizkeklər

Порций:   Время приготовления:

Qonaqlarınıza çox ləzzətli, 5 dəqiqəyə hazırlaya biləcəyiniz mini çizkeklər təqdim edə bilərsiniz.

Tərkibi:

  • 300 qr kəsmik və ya kəsmikli pendir
  • 6 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı xama
  • 1 ədəd yumurta
  • vanil və ya vanil ekstraktı
  • 5-6 ədəd peçenye
  • 2 xörək qaşığı kərə yağı

Hazırlanma qaydası:

Peçenyeleri xırdalayın (blenderdə toz halına gətirin). Kərə yağını əridin və peçenyeyə əlavə edib qarışdırın. 8 ədəd silikon qəliblərə bölüşdürün və dibinə yaxşıca yayın. Mikrodalğalı sobanın güclü dərəcəsində təxminən 1 dəqiqə ərzində saxlayın və çıxarın. İçlik üçün ilk növbədə kəsmiyi blenderdə krem halına gətirin. Daha sonra xama, şəkər tozu, vanil, yumurta əlavə edib yaxşıca qarışdırın. İçliyi peçenyelərin üzərinə bölüşdürün və mikrodalğalı sobada təxminən 2 dəqiqə saxlayın və çıxarın. Proseduru təkrarlayın, yenidən 1 dəqiqəlik mikrodalğalı sobada bişirin və çıxarın. Masanın üstündə çizkekləri soyudun və yarım saatlıq soyuducuya yerləşdirin. 5 dəqiqəyə hazır olan çizkeklərin üstünü istədiyiniz kimi bəzəyib sevdiklərinizlə bölüşə bilərsiniz. Nuş olsun!
Метки записи: