7-ci iştirakçımız Cəmilə M-va Abbasova

Порций:   Время приготовления:

Yeni il Pryanikləri:

Tərkibi: 1kq un, 400 qram bal, 3 yumurta, 2 st şəkər tozu, 150 qr kərə yağı, 1ç.q. soda, hərəsindən 1ç.q. darçın, hil, zəncəfil. Qlazur: 200 qr şəkər pudrası, 1 yumurtanın ağı 2 ç.q kakao

Hazırlanışı;1 st.şəkəri qalın dibli qazanda rəngi biraz qızarana qədər qarışdıraraq əritdikdən sonra 1st. isti su ehtiyatla az-az əlavə edilir, 2 dəqiqə yenə qarışdıraraq qaynadılır və qalan 1 st səkər əlavə edilir, o da əriyənə qədər qarışdırılır. Daha sonra yağ və bal əlavə olunur, onlar da əridikdən sonra altı söndürülür, 5 dəqiqə qarışdıraraq biraz soyudulur, 1 st.una ədviyyatları qatıb isti qarışıma əlavə olunur, qarışdırılır, ardınca 3 yumurta azca çalınıb əlavə edilir, daha sonra qalan un da az-az əlavə edib xəmir yoğurulur. Xəmir isti vaxtı taxta qaşıqla qarışdırılır, soyuduqca qatılaşır və bütün un qatılıb yaxşı yoğrulduqdan sonra kündələrə bölünüb soyuducuya qoyulur. Xəmir soyuducuda ən az 8 saat dincəlməlidir. Daha sonra istənilən formada yayılıb 4-5 mm qalınlıqda kəsilir və əvvəlcədən 160 dərəcə isidilmiş fırında 8-10 dəqiqə bişirilir. Soyuduqdan sonra qlazur çəkilir. Qlazur üçün yumurtanın ağına şəkər pudrasını az miqdarda əlavə edərək mikserlə 5-7 dəqiqə çalmaq lazımdır... Nuş olsun!

cencecemicenuccccccccc

Метки записи: