Ağ-qara mətbəx dekorasiyası

Порций:   Время приготовления:

Ağ-qara mətbəx dekorasiyası zərif,  havalı və müasir bir görüntü yaradır. Əslində qara bir az cəsarətli rəngdir, lakin düzgün istifadə edildikdə və ağ rənglə müqayisə olunduqda ortaya möhtəşəm bir görüntü çıxır.

Ağ-qara mətbəxlər xarakter sahibidir.

Geniş və işıqlı mətbəxiniz varsa “checkers” deyilən damalı ağ-qara plitka ilə fonu döşəyə bilərsiniz. Divarları və yemək masasını ağ, mətbəx şkaflarını qara seçərək gözəl bir harmoniya yarada bilərsiniz.

Əgər mətbəxiniz kiçik və qaranlıqdırsa  mətbəx şkaflarını, divar rəngini, fonu, xalça və pərdələri ağ seçməlisiniz. Çünki ağ rəng mühiti həm daha təravətli və parlaq, həm də daha böyük göstərir. Mətbəx ləvazimatlarını, mətbəx stullarını və aksessuarlarını  qara rəngdən istifadə edərək balanslı bir dekorasiya edə bilərsiniz. Müasir ağ-qara mətbəx dekorasiyası edərkən metal boz aksessuarlar  və şüşə aksessuarlardan da istifadə etmək olar.

Метки записи: , ,