Albalı souslu blinçik tortu

Порций:   Время приготовления:

TpeUMQsisSQ

Adi qaydada bişirilmiş blinçik, çırpılmış qaymaqlı krem və albalıdan olduqca dadlı tort hazırlaya bilərsiniz.

Tərkibi:

  • 20 ədəd bişirilmiş blinçik
  • 300 qr 35-40%-lik qaymaq
  • 200 qr şəkər tozu
Albalı sous üçün:
  • 250 qr albalı (tumu çıxarılmış)
  • 100 qr şəkər tozu

Hazırlanma qaydası:

Blinçikləri adi qayda ilə bişirin. Qaymağı 200 qr şəkər tozuyla çırpın. Blinçikləri boşqaba bir-bir düzün və çalınmış qaymaq yaxın. Tortun yan tərəflərini də krem yaxın və hazır tortu 1 saatlıq soyuducuya yerləşdirin. Sousu hazırlamaq üçün albalıları 100 qr şəkər tozuyla blenderlə çırpın. Kütləni qazançaya tökün və 30 dəqiqə zəif odda bişirin. Mürəbbə kimi üzərinə çıxan köpüyü götürün. Bişən albalı sousunu kənara soyumağa buraxın. Soyuducudan çıxartdığınız tortun üzərini soyudulmuş albalı sousuyla və bütöv albalı giləmeyvəsi ilə bəzəyin.

Nuş olsun!
  Kj2qS2P9__M m5Etx39_Woc fF53vTJQfNE TpeUMQsisSQ
Метки записи: ,