“Albalılı trüfel” şokoladlı tort

Порций:   Время приготовления:

Albalının turş dadı ilə birlikdə bol şokoladlı, 3 ara qatlı- trufelli krem, albalılı qanaj, albalılı jeleli dadlı tort resepti şokolad sevənlərin çox xoşuna gələcək.

Tərkibi:

Biskvit üçün:

  • 320 qr un

  • 2 ədəd yumurta

  • 1 çay qaşığı soda

  • 1 çay qaşığı qabartma tozu

  • 5 çay qaşığı kakao (25 qr)

  • 200 ml süd

  • 80 qr bitki yağı

  • 200 ml qaynar su

Şokoladlı qanaj üçün:

  • 200 qr şokolad

  • 100 qr qaymaq (26-30%)

  • 100 qr kərə yağı

Albalılı qanaj üçün:

  • 70 qr albalı püresi

  • 100 qr tünd şokolad

  • 50 ml qaymaq (26-33%)

  • 20 qr kərə yağı

Albalılı jele üçün:

  • 150 qr albalı püresi

  • 8 qr jelatin

  • 50 qr şəkər tozu

  • 40 ml su (jelatin üçün)

Trüfelli krem üçün:

  • 90 qr tünd şokolad

  • 70 qr qaymaq

  • 1 xörək qaşığı şəkər kirşanı

Hazırlanma qaydası:

Biskvit üçün bir qabda un, soda, qabartma tozu və kakaonu qarışdırın.

Başqa bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə süd və bitki yağı töküb qarışdırın.

Unlu qarışığı da töküb qarışdırın və qaynar suyu da əlavə edib yaxşıca qarışdırın. Diametri 18-19 sm dairəvi formanın orta hissəsinə və kənarlarına yağlı kağız sərin və xəmiri tökün.

Xəmiri 3 hissəyə bölün və ya bütöv xəmiri bişirib 3 hissəyə ayırın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin. Biskviti formadan çıxarıb soyudun və streç salafana büküb yarım saatlıq soyuducuya yerləşdirin.

Şokoladlı qanaj üçün şokoladları su hamamında və ya mikrodalğalı sobada əridin.

Əriyən şokolada qaymaq və kərə yağı əlavə edib yaxşıca qarışdırın

Qanajı otaq temperaturunda soyudun və konditer torbasına tökün. Qanajı ən azı 2 saatlıq soyuducuya yerləşdirin.

Albalılı jele üçün jelatini suda 10 dəqiqəlik isladın. Dondurulmuş albalını blenderlə püre halına gətirin (150 qramlıq albalı püresi üçün 250 qr dondurulmuş albalı götürün).

Blenderdən keçirilmiş albalı püresini qazançaya tökün, üzərinə şəkər tozu əlavə edib ocağa qoyun. Püreni ocaqda 3 dəqiqə qaynadın və ocaqdan götürün.

Jelatini ocaqdan götürdüyünüz pürenin üzərinə töküb yaxşıca qarışdırın. Diametri 1,5-2 sm olan forma və ya qazançaya streç salafan sərin və qaynar jeleni tökün. Otaq temperaturunda soyudun və soyuducuya və ya soyuducunun dondurucu rəfinə yerləşdirin.

Albalılı qanaj üçün dondurulmuş albalıları (70 qr albalı püresi üçün 115 qr dondurulmuş albalı götürün) blenderdən keçirin və süzgəcdən süzüb keçirin.

Qaymağı ilıdın və doğranmış kərə yağını qaymağa töküb qarışdın. İsti, yağlı qaymağı xırda doğranmış şokoladın üzərinə töküb 30 saniyə saxlayın və sonra yaxşıca qarışdırın. Şokoladlı kütləni albalı püresilə birləşdirib üzərinə streç salafan keçirib otaq temperaturunda soyudun.

Trüfelli krem üçün şokoladı su hamamında əridin.

Üzərinə qaymağı töküb yaxşıca qarışdırın. Zövqə görə şəkər kirşanı səpib şirinliyinə baxa bilərsiniz.

Tortu yığmaq üşün ilk öncə biskvitin 1 layını qoyun. Biskvitin kənar hissəsindən şokoladlı qanajla dairə çəkin.

Dairənin yəni biskvitin orta hissəsinə albalılı qanaj çəkib yayın.

2 ci lay biskviti qoyub abalılı krem yaxın. Üzərinə albalılı jeleni yerləşdirib yenə kənarından şokoladlı qanajla dairə çəkin.

3 cü lay biskviti də yerləşdirib albalılı və şokoladlı qanaj yaxıb  hamarlayıb soyuducuya yerləşdirin.

Soyucudan çıxarıb trüfelli krem yaxıb üzərini merengiylə (beze) bəzəyin.

Nuş olsun!

Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий