Alma içlikli piroq

Порций:   Время приготовления:

Çox ətirli və dadlı alma içlikli piroqu uşaqlarınızla birgə hazırlaya bilərsiniz.

Tərkibi:

Xəmir üçün:

  • 150 ml süd

  • 1,5 çay qaşığı maya

  • 1 ədəd yumurta

  • 1 xörək qaşığı xama

  • 1,5 xörək qaşığı şəkər tozu

  • 0,5 çay qaşığı duz

  • 50 qr kərə yağı

  • 370 qr un

İçlik üçün:

  •  3 ədəd alma

  • 40 qr qəhvəyi şəkər tozu

  • 0,5 çay qaşığı darçın

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün ilıq süddə mayanı əridin.

Üzərinə şəkər tozu, duz, xama, yumurta və əridilmiş kərə yağı əlavə edib yaxşıca qarışdırın. Ələnmiş unu da töküb xəmir yoğurun.

Xəmirin gəlməsi üçün üzərinə dəsmal örtüb 25-30 dəqiqəlik isti yerdə saxlayın.

İçlik üçün almaları yuyun, dilimləyib özəyini çıxarın. Bir qabda qəhvəyi şəkər tozunu darçınla qarışdırın. Alma dilimlərini darçınlı şəkər tozuna bulayın.

Xəmiri oxlovla təxminən 0,7 sm qalınlığında yayın və dairələr kəsin.

Hər dairənin üzərinə alma dilimi yerləşdirib xəmiri bükün. Yağlı kağız sərilmiş soba sinisini yağlayın və alma içlikli xəmirləri şəkildə gördüyünüz kimi düzün.

Xəmirləri kənarda 15 dəqiqə gözlədin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə üzəri qızaranadək bişirin.

Bişən piroqun üzərinə zövqə görə şəkər kirşanı səpin və süfrəyə verin.

Nuş olsun!


   
Метки записи: ,
Loading...