Ananas salatı

Порций: 6 nəfərlik   Время приготовления: 3 saat

ananas salatıFərqli dada və görünüşə malik salat axtarışındasınızsa, Ananas salatı reseptini sınayın.

Ananas salatının tərkibi:

  • 5 dilim ananas

  • 2 ədəd yumurta

  • 1 ədəd toyuğun döş əti

  • 3 ədəd yerkökü

  • 100 qr rəndələnmiş holland pendiri

  • mayonez

  • duz, istiot

Bəzəmək üçün 

  • konservləşdirilmiş göbələk

  • xiyar qabığı

Salatın hazırlanma qaydası:

1 Öncə toyuğun sinə ətini duzlu suda bişiririk.  Yerkökü və yumurtaları da qaynadırıq. Bişirdiyimiz ərzaqları soyudub, yerkökü və yumurtaları qabığından təmizləyirik.

2 Toyuğun döş ətini didib, duz, istiot və mayonezləyirik. Salatı hazırlayacağımız qaba oval formada yerləşdiririk. Daha sonra yumurtanı toyuğun üzərinə rəndələyib, duz və istiot səpirik. Üzərinə ananasları xırda-xırda doğrayırıq. Kökü də sürtgəcdən keçirib, duz, istiot və mayonez vururuq. Üzərinə xırda doğranmış şüyüdü və pendiri də səpib, yenə mayonez çəkirik.

3 Sonda göbələk dilimlərini salatın üzərinə səliqə ilə qoyub, az da olsa ananasa bənzədirik. Xiyarın qabığını nazik-nazik doğrayıb, saplaq düzəldirik. 1 saat soyuducuda saxlayıb, süfrəyə veririk.

NUŞ OLSUN!

Метки записи: