Ananaslı toyuqlu salat

Порций:   Время приготовления:

Dadlı salatları hazırlayaraq bişmiş səbətlərlə fərqli təqdimatda süfrəyə verə bilərsiniz.

Tərkibi:

  • 200 qr toyuq filesi

  • 200 qr konservləşdirilmiş ananas

  • 70 qr bərk pendir

  • 1-2 diş sarımsaq

  • 30 qr qoz

  • duz

  • istiot

  • 2 ədəd yumurta

  • mayonez

Salatı yerləşdirmək üçün səbət

Hazırlanma qaydası:

Toyuq filesini bişirib soyudun və kiçik tikələr şəklində kəsin. Konservləşdirilmiş ananasları kubik şəklində doğrayın. Pendiri rəndələyin. Qozu da bıçaqla xırdalayın. Bir qabda fileni, ananası, pendiri və qozu qarışdırın.

Suda bişmiş yumurtanı da doğrayın və əzilmiş sarımsağı da əlavə edib qarışdırın.

Duz, istiot və mayonez töküb yaxşıca qarışdırın.

Salatı yerləşdirmək üçün səbətləri https://www.recept.az/sebet-salati/bu məqaləmizdə səbət xəmirinin resepti və hazırlanma qaydasından istifadə edə bilərsiniz) içərisini salatla doldurun, üstünə xırdalanmış qoz və xırda doğranmış göyərti səpib süfrəyə verin.

Nuş olsun!

Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий