Ancelina Colini arıqladan sarımsaqlı çay

Порций:   Время приготовления:

Xüsusilə xanımların üstünlük verdiyi arıqladan  çaylar son illərdə çox istifadə edilir.  Arıqladan çaylar arasında təsirli olanlardan biri də dünyaca məşhur aktrisa Ancelina Colinin 11 kilo arıqlamağına kömək edən sarımsaq çayıdır.

Sarımsağın faydaları saymaqla bitmir, ancaq təəssüf ki xoş olmayan qoxusuna görə sevilməyən bir qida olan sarımsaq arıqladan çay kimi istifadə edildikdə heç bir qoxusu qalmır. Saça qulluqda, ürək sağlamlığı kimi bir çox sahədə faydalı olan sarımsaq arıqlatma məsələsində də böyük funksiyaya malikdir.

Tərkibi:

  • 2 stəkan su

  • 3 diş təzə sarımsaq

  • 2 çay qaşığı bal

  • 1 ədəd limon suyu

Hazırlanma qaydası:

Bir qaba 2 stəkan suyu tökün, 3 diş sarımsağı əzin və suyun içərisinə atın. Suyu ocağın üzərinə qoyun və qaynadın. Su qaynadıqda ocağı söndürüb bal və limon suyunu da əlavə edin. Soyudun və süzün. Gündə 3 dəfə ilıq halda yarım stəkan için.  

Qeyd: Təzyiq xəstələri və sarımsağa allergiyası olan adamlar mütəxəssis bir həkimə məsləhətləşmədən istifadə etməməlidir!

Sarımsaqlı çayının faydaları

  • Sarımsaq çayı həzm sistemini təmizləyərək təbii detoks təmin edərək, eyni zamanda da artıq çəkilərin bu şəkildə atılmasına köməkçi olur.

  • Arıqlama çayları arasında ən təsirli olanlardan biri olan sarımsaq çayı qarında gün ərzində yaranan köpü aradan qaldıraraq şişkinliyin keçməsinə kömək edir.

  • Metabolizma sürətləndirici xüsusiyyəti sayəsində sürətli çəki atmağa köməkçi olur.

  •  Qarın bölgəsində yaranan artıq çəkinin atılmasında  təsirli rol oynayır.

  • Gün ərzində sarımsaqlı arıqlama çayı içən şəxslərin acmasının  qarşısını alaraq tox qalmasına köməkçi olur.

  •  Vitamin və minerallar baxımından zəngin olan sarımsaq, pəhriz saxlayanları arıqladaraq  vitamin itkisi yaşatmadan sağlam çəki atmasını təmin edir.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий