Armudlu-kakaolu keks

Порций:   Время приготовления:

armutlu-kakaolu-kek-632x387

Armud həm ləzzətli, həm də xeyirli meyvədir. Bu gün sizinlə şirniyyatlara da çox yaraşan armuddan hazırlanan keks reseptini bölüşürük.

Tərkibi:

  • 2 stəkan (215 qr ) un
  • 1 çimdik duz
  • ½ stəkan (30 qr) kakao
  • 1 paket qabartma tozu
  • 1 çay qaşığı soda
  • 1 paket vanil
  • ½ stəkan qatıq
  • 1 stəkan (125 qr) zeytun yağı
  • 1 stəkan (200 qr) bal
  • 1 stəkan süd
  • 2 ədəd yumurta
  • 1-2 ədəd armud

Hazırlanma qaydası:

Bir qabın içərisində un, duz, kakao, vanil, qabartma tozu  və sodanı qarışdırın. Ayrı bir qabda qatıq, süd, zeytun yağı, yumurta və balı yaxşıca çırpın. Quru və maye qarışığı birləşdirin. Dairəvi keks qəlibini yağlayın və xəmiri qəlibə tökün. Armudları soyun və uzunsov doğrayın. Soyub doğradığınız armudları xəmirin üzərinə yerləşdirin. Öncədən 180 dərəcə əvvəlcədən qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Nuş olsun! armutlu-kakaolu-kek-2-632x467 armutlu-kakaolu-kek-632x387