Az duzlu mineral suda xiyar turşusu

Порций:   Время приготовления:

Süfrəmizin ən arzuolunan təamlarından olan xiyar turşusunun bu dəfə az duzlu mineral suda reseptini təqdim edirik.

Tərkibi:

  • 1 kq xırda xiyar
  • 1 litr qazlı mineral su
  • 2 xörək qaşığı duz
  • 3 diş sarımsaq
  • 1 dəstə şüyüd

Hazırlanma qaydası:

Qabın dibinə şüyüdün yarısını yerləşdirin (yuyulmuş). Xiyarları yuyub hər iki tərəfini kəsin. Bir bir qaba sıx yığın. Xiyarın üstünə şüyüdün ikinci yarısını və xırda doğranmış sarımsağı qoyun. Ayrı qabda duzu mineral suda həll edin. Bu duzlu suyu xiyarların üstünə əlavə edin (elə etmək lazımdır ki,su tam üstün örtsün). Xiyarları soyuducuya yerləşdirin. Onlar 12 - 14 saatdan sonra hazırdır.

Nuş olsun!

Метки записи: , , ,