Azərbaycan mətbəxinin unudulmuş təamı- Balva yeməyi

Порций:   Время приготовления:

Milli mətbəximizin unudulmuş yeməklərindən, Qarabağa məxsus " Balva" yeməyinin reseptini təqdim edirik. Balva ( əməköməci) bitkisindən bişirildiyinə görə balva adlandırılmışdır.

Tərkibi:

  • 8 dəstə və ya 1200 qr balva (əməköməci)

  • 160 qr düyü

  • 60 qr un

  • 120 qr kərə yağı

  • 2 ədəd yumurta

  • 40 qr lavaşana

  • duz

  • istiot

  • zövqə görə 2 dəstə ispanaq, 2 dəstə keşniş və turşu əvəzinə 2 dəstə turşəng də əlavə etmək olar

Hazırlanma qaydası:

İlk öncə bir qazanda 2 litr suda 160 qr düyünü bişirin. Balva, yəni əməköməci saplağını təmizləyib yuyun, soğanla birlikdə ətçəkən maşından keçirin və yaxud da xırda doğrayın. Qazanda yarımbişmiş düyünün üstünə əlavə edin. Əgər əlavə göyərti də qatılacaqsa onları da xırda doğrayıb balva ilə birlikdə qazana tökün. Balva ilə düyü tam bişdikdən sonra həlimli olması üçün süzgəcdən keçirin. Yenidən qazana töküb üstünə suda çalınmış un əllavə edin. Tam bişdikdən sonra lavaşana ( turşu), duz, kərə yağı əlavə edib qarışdırın. Ən sonda isə yumurtanı az suda çalıb yeməyə tökün. Balva yeməyini dərin boşqaba töküb süfrəyə verin.

Nuş olsun!

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий