Ballı biskvit

Порций: 26 sm diametrli soba qəlibi, 600 qr   Время приготовления: 1 saat

Yaponların iti ağlı və güclü yaddaşının əsas mənbəyi bilirsinizmi nədir? "Arı südü" adlandırdıqları adi xalis bal. Hətta yapon məktəblərində hər səhər uşaqlara 1 qaşıq bal verirlər ki, gün boyu gümrah olub, dərsləri asan qavrasınlar. Reseptimizin isə yaponlara aidiyyatı yoxdur. Ballı biskvit hazırlayırıq. 

Ideal Biskvit Bishirmeyin 4usulu

Tərkibi:

  • 4 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 2-3 x/q xalis bal
  • 1,5 stəkan unйца 4 шт
  • 1 ç/q soda

Hazırlanması:

Yumurtaların ağını sarısından ayırın. Agları şəkər tozu ilə möhkəm kütlə alınanadək mikserlə çalın.  Mikseri saxlamadan 1-1 yumurta sarılarını kütləyə tökün. Ardınca bal, sirkədə söndürülmüş sodanı əlavə edin. Sonda ələnmiş unu da töküb, taxta qaşıqla qarışdırın.  Xəmir qatı xama konsentrasiyasında alınmalıdır. Xəmiri yağlı kağız sərilmiş soba qəlibinə töküb, öcədən isinmiş sobada 180 dərəcədə bişirin.

NUŞ OLSUN!

Метки записи: