Balqabaqlı blinçikli tort

Порций:   Время приготовления:

Payız mövsümünün ən dadlı məhsullarından balqabaqdan fərqli və dadlı tort bişirərək qonaqları təəccübləndirə bilərsiniz.

Tərkibi:

Blinçiklər üçün:

  • 200 qr balqabaq püresi (350 qr balqabağın içi)

  • 250 ml süd

  • 3 ədəd yumurta

  • 100 qr un

  • 4 xörək qaşığı qəhvəyi şəkər tozu

  • 1 çimdik duz

  • 2 xörək qaşığı bitki yağı

  • ½ portağalın qabığı

  • 1-2 damcı portağal likörü və ya esensiya

Şokoladlı və balqabaqlı krem üçün:

  • 350 qr balqabağın içi

  • 150 qr tünd şokolad

  • portağal qabığı

Hazırlanma qaydası:

Püre üçün balqabağı doğrayın və buxarda və ya sobada 12 dəqiqə bişirin. Bişmiş püreni soyudun və blenderdən keçirin. Bir qabda balqabaq püresini yumurta, şəkər tozu, portağal qabığı və südü qarışdırın. Ələnmiş unu və duzu kütləyə əlavə edib tel çırpıcıyla çırpın. Likör, bitki yağı əlavə edib qarışdırın. Tavada diametri 13 sm 10 ədəd blinçiklər bişirin.

Krem üçün balqabağı buxarda və ya sobada bişirin. Soyuyan püreni blenderdən sonra isə xırda ələkdən keçirin. Daha sonra püreyə xırdalanmış şokoladı əlavə edin və su hamamında şokolad tam əriyənədək qarışdırın.

Kremi soyudun və hər blinçikin üzərinə çəkib üst-üstə yerləşdirin. Portağal və ya hansısa meyvəylə tortun üzərini bəzəyin. Tortu 3 saatlıq soyuducuya yerləşdirin.

Nuş olsun!

Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий