“Beloçka” tortu

Порций:   Время приготовления:

f8fe71c08601b748fd3275ee48d211bd_RSZ_690-21

Bu gün sizinlə hazırlanması çox vaxt aparmayan "Beloçka" tortunu bölüşmək istəyirik.

 

 

Tərkibi:

Xəmir üçün:
  • 5 yumurta
  • 180 qr kərə yağı
  • 1 stəkan şəkər tozu
  • 160 qr un
  • 1 paket qabartma tozu
  • 2 xörək qaşığı kakao
  • 150 qr qoz
  • 5 xörək qaşığı xama
  • ½ çay qaşığı limon şirəsi
Krem üçün:
  • 480 ml qaymaq 30%
  • 170 qr qatılaşdırılmış süd
  • 10 qr qatılaşdırıcı qaymaq
Qlazur üçün:
  • 180 qr qaymaq
  • 2 plitka qara şokolad
  • 12 qr jelatin

Hazırlanma qaydası:

Öncə yumurtaların ağını sarısından ayırın. Bir qabda kərə yağını mikserlə çırpın,üzərinə yavaş-yavaş yumurta sarılarını, xama, xırdalanmış qoz, qabartma tozu, kakao və un əlavə edin. Bütün inqridiyentləri yaxşıca qarışdırın.

Yumurta ağlarını şəkər tozu və limon şirəsi ilə mikserlə çırpın. Yumurta ağlarını xəmirə əlavə edib qarışdırın. Xəmiri formaya töküb öncədən 190 dərəcə qızdırılmış sobaya 40 dəqiqə bişməyə qoyun. Hazır korju 3 hissəyə bölün.

Kremi hazırlamaq üçün öncə qaymağı mikserlə çırpın. Üzərinə qatılaşdırılmış süd və qatılaşdırıcı qaymaq əlavə edib yenə mikserlə çırpın. Korjların üstünə və yanlarına krem yaxın.

Qlazur üçün jelatini suda isladın. Qaymağı qızıdırın və jelatini isidilmiş qaymaqda həll edin. Şokoladı da əlavə edin və əriyənə qədər qarışdırın. Qlazurun soyuması üçün soyuducunun aşağı hissəsinə qoyun. Tortun üzərinə qlazuru tökün və kənarlarına əzilmiş peçenye səpin. Tort hazırdır,üzərini zövqə görə bəzəyə bilərsiniz.

Nuş olsun!

 
Метки записи: