Bildirçin yumurtasının FAYDALARI

Порций:   Время приготовления:

Toyuq yumurtasından nisbətən kiçik , qida dəyəri daha zəngin olan bildirçin yumurtası, ölkəmizdə xüsusilə körpənin qidalanmasında üstünlük verilən bir yumurta növüdür. Sarısında olan zülal ana südündəki zülala bərabər xüsusiyyəti daşıyan yeganə qida olan bildirçin yumurtası, dünyanın bir çox ölkəsində təbii bir müalicə üsulu olaraq üstünlük təşkil edir.

Bildirçin yumurtasında olan vitamin və minerallar hansılardır?

Toyuq yumurtası, hinduşka yumurtası, qaz yumurtası və ördək yumurtası kimi yumurta növlərindən daha çox vitamin və mineral ehtiva edən bildirçin yumurtası, bol miqdarda A, E, B 12 vitamini, riboflavin, folat və pantotenik turşusu daxildir.  Kalsium, dəmir, maqnezium, fosfor, kalium, natrium, sink və selenyum bildirçin yumurtasında olan mineral növləridir.

Bildirçin yumurtasının faydaları nələrdir?

  • Öskürək, asma, bronxit, mədə və döş xəstəliklərinin müalicəsində istifadə edilən təbii antibiotikdir.

  • Qan azlığı və anemiya xəstəliyinə yaxşı təsir edir.

  • Ürək əzələlərini gücləndirir və ürək xəstəliklərinə tutulma riskini azaldır.

  • Uşaqların fiziki və zehni inkişaflarının artırılmasını və iştahlarının  açılmasına köməkçi olan bildirçin yumurtası, daşıdığı amin turşusu ilə də uşaqların immunitet sistemini gücləndirir.

  • Cinsi gücü arttırır

  • İnsan bədəninə güc verərək əməliyyat yaralarının tez bir zamanda yaxşılaşmasına köməkçi olur.

 Bildirçin yumurtasının zərərləri nələrdir?

Körpələrin inkişafı üçün istifadə edilən bildirçin yumurtası həkimlə məsləhətləşmədən verilməməlidir, çünki uşağın böyrəklərinə yüklənməsinə səbəb ola bilər. İntensiv şəkildə bildirçin yumurtası yeyən uşaqlarda erkən yetişkinlik baş verir. Daha əvvəl ürək problemləri olan və ya yüksək xolesterin şikayəti olan insanlarda mənfi təsirləri ola bilər. Bu səbəblə bildirçin yumurtası istifadə edərkən mütləq mütəxəssislərə məsləhət edilməlidir.

 Bildirçin yumurtası necə bişirilir?

Adətən çiy olaraq istifadə edilən bildirçin yumurtası soyutma edərək və ya tavada yağda bişirilir. Ancaq bildirçin yumurtasının çiy olaraq istifadə edilməsi təklif edilir. Çox kiçik olduğundan digər yumurtalar kimi asan qırılmır, ortasından bıçaq ilə kəsərək və əl köməyi ilə qırmaq mümkündür.

Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий