Bişməyən “şokoladlı qəhvə tortu”

Порций:   Время приготовления:

 

Qəfil gələn qonaqlarınız üçün bu tortu bişirmək çox asandır. Hazırladığınız  bişməyən tort “qəfil qonaqlarınız”ı heyran edəcək.

Tərkibi:

  • ½ stəkan şəkərli tünd qəhvə
  • 500 qr peçenye
  • 1 stəkan şəkər tozu
  • 4 ədəd yumurta
  • 1 xörək qaşığı kakao
  • 250 qr kərə yağı
  • 1 çay qaşığı vanil

Hazırlanma qaydası:

Kremin hazırlanması üçün yumurta, şəkər tozu, kakao və vanil qarışdırın. Su  hamamında bərkiyənədək dayanmadan qarışdıraraq qızdırın. Qarışığı soyudun və kiçik porsiyalarla yumşaldılmış kərə yağı əlavə edərək mikserlə çırpın.

Peçenyeləri kofedə isladın və qat-qat tort qabına (hər bir qatı kremləyərək) düzün.Tortu soyuması üçün soyuducuya qoyun.

Nuş olsun!


qehveli tort  
Метки записи: