“Brigadeiro” konfetləri (Braziliya mətbəxi)

Порций:   Время приготовления:

"Brigadeiro" Braziliyaya məxsus, içində bol kakao olan bir şirniyyat növüdür. Hazırlanması asan və ləzzətli bu şokoladlı topları uşaq ad günlərində hazırlaya bilərsiniz.

Tərkibi:

  • 380 qr qatılaşdırılmış süd

  • 2 xörək qaşığı kakao

  • 30 qr kərə yağı

  • 1/4 çay qaşığı duz

  • 15-20 qr üzəri üçün şokoladlı və ya rəngli şəkərlər

Hazırlanma qaydası:

Bir qazana qatılaşdırılmış süd, kakao, duz və kərə yağı tökün.

Orta odda dayanmadan qarışdıraraq qaynadın. Təxminən 10 dəqiqəyə kütlə qatılaşacaq.

Ocağı söndürüb qarışığı soyuq bir qaba tökün. Üzərinə streç salafan keçirib yaxşı soyuması üçün kənarda gözlədin. Soyuyan kütlədən yuvarlaq toplar düzəldin və rəngli şəkərlərə hər tərəfli bulayın.

Hazır topları kağız şirniyyat qablarına qoyaraq süfrəyə verə bilərsiniz.

Nuş olsun!

 
Метки записи: , ,