Brokoli şorbası

Порций:   Время приготовления:

Həm böyüklər, həm də uşaqlar üçün bol vitaminli, brokolinin rəngini alan bu şorbanın reseptini sizə təqdim edirik.

Tərkibi:

  • 400 qr brokoli
  • 1 xörək qaşığı kərə yağı
  • 1 xörək qaşığı un
  • 5 stəkan isti ət bulyonu (istəyə görə toyuq bulyonu)
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı istiot

Hazırlanma qaydası:

Kiçik parçalar halında ayırdığınız brokolini qaynar suda 4- 5 dəqiqə qaynadın. Bir kəfgir köməyi ilə pörtlənən brokolini çıxardın. Dərin bir qazanda kərə yağını əridin. Unu əlavə edin və qoxusu çıxıb rəng alanadək qovurun. Qovrulan una isti ət suyunu əlavə edin və topaq əmələ gəlməməsi üçün tel çırpıcıyla  dayanmadan qarışdırın. Pörtlənən brokoliyə duz və istiotu əlavə edib zəif odda 15 dəqiqə qaynatmağa davam edin. Şorbanı əl blenderindən keçirin və isti xidmət edin. Nuş olsun!
Метки записи: