Bulkada julyen

Порций:   Время приготовления:

PxDNS1_08DE

Bulkada julyen - Fransız mətbəxinin dadlı və universal qəlyanaltısıdır. Hazırlanması olduqca sadə və çox dadlı yeməyin reseptini təqdim edirik.

Tərkibi:

  • 2 ədəd bulka (hamburger bulkası)
  • 5 ədəd göbələk
  • 1 ədəd toyuq filesi
  • 100 qr Holland pendiri
  • 400 ml süd
  • 4 xörək qaşığı un
  • 30 qr kərə yağı
  • duz
  • istiot

Hazırlanma qaydası:

Öncə toyuq filesini xırda kub şəklində doğrayın. Göbələyi də xırda doğrayın. Pendiri rəndələyin. Tavada az yağda fileni qovurun. Göbələkləri də ayrıca yağda qovurun.

Beşamel sousu hazırlayın. Südü qızdırın, üzərinə qaşıq-qaşıq un əlavə edin və tel çırpıcıyla qarışdırın. Sonda kərə yağı, duz və istiot əlavə edib yaxşıca qarışdın. Sous hazırdır.

Bulkaların üstünü qapaq kimi çıxarın və içini çıxarın. Bulkaların içərisinə sous yaxın və toyuq filesi ilə doldurun. Duz, istiot vurun və sous tökün. Üzərinə göbələk və yenə sous tökün. Ən üstə pendir töküb 190 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş olsun!


zvkoOmJzZng 0tZDnAWehb8 BljnFs18nKc PKc-gsDI6_Y CNluQgzgJaw hQ1LAqpyHM4 sfBy5vFN2E0 PxDNS1_08DE Mənbə:Cook_good
Метки записи: ,