“Çak-çak” tortu

Порций:   Время приготовления:

"Çak-çak" tortu - şərq mətbəxinin ən sevimli və dadlı şirniyatlarındandır. Tərkibində olan qoz, badam və bal tortu həm dadlı edir, həm də faydalıdır.

Tərkibi:

  • 4 ədəd yumurta

  • 350 - 400 qr un

  • 1/3 çay qaşığı duz

  • 0,5 çay qaşığı qabartma tozu

Siropu üçün:

  • 1 stəkan bal

  • 1stəkan şəkər tozu

Bəzəmək üçün: badam,qoz

Qızartmaq üçün: 1 litr bitki yağı

 

Hazırlanma qaydası:

Unu dəzgahın üzərinə ələyin. Bir qabda yumurta, duz və qabartma tozunu çırpın.

 

  Ələnmiş unun orta hissəsindən çuxur açıb çırpılmış kütləni əlavə edin. Yavaş-yavaş qarışdıraraq xəmir yoğurun. Yoğurduğunuz xəmiri streç salafana büküb 15-20 dəqiqəlik soyuducuya yerləşdirin.  

   

Xəmiri 2 hissəyə bölün, hər hissəni un səpilmiş dəzgahda nazik yayın. Yayılmış yuxanı quruması üçün 15-20 dəqiqəlik kənara qoyun.(Çox qurutmayın ki, sonra doğramaq çətin olmasın, qırılmasın). Yayılmış yuxaları 5 sm eninə kəsin. Kəsilmiş xəttləri üs-üstə qoyun və aralarına un səpin ki, yapışmasın. Yuxalardan nazik əriştə kəsib masanın üstünə yayın.

   

   

Qazanda bitki yağını qızdırıb, az-az əriştələrdən töküb zəif odda qızardın. Təxminən 1 - 2 dəqiqə qızaran əriştələri artıq yağı çəkməsi üçün mətbəx salfetinin üzərinə qoyun.

Sirop üçün qazana 1 stəkan bal və 1 stəkan şəkər tozu töküb qarışdıraraq  3 dəqiqə qaynadın. Ocağı söndürün və qaynar balın içərisinə badamları batırıb çıxarın (bu sizə çak-çakı bəzəmək ücün lazım olacaq).

   

   

Qızarmış əriştələri kağız salfetlərin üstündən götürün. Üstünə qaynar ballı siropu tökün və iki taxta qaşıqla qaşıqla qarışdırın.Daha sonra soyuq su ilə isladılmış əllə qarışdırın. Ehtiyyatla qarışdırın, əriştələri qırmayın və ya əzməyin.

   

   

Çak-çakı servis edəcəyiniz boşqaba soyuq su çiləyin. Tez (sirop soyumamış) çak -çakı  dağ şəklində boşqaba yerləşdirin. Ballı badamla bəzəyin. Qozla, kişmişlə,rəngli şirnilərlə də bəzəmək olar. Hazır “çak- çak” tortunu 1 günlük kənarda saxlayın(yaxşı bərkiməsi üçün). Streç salafan keçirilmiş “çak-çak” tortunu 1-2 həftə  xarab olmadan saxlamaq olar.

 Nuş olsun!


 

Метки записи: ,