Fransız şirniyyatı “Cannéles de Bordeaux”

Порций:   Время приготовления:

Rom və vanilin inanılmaz ləzzəti ilə "Cannéles de Bordeaux" kimi tanınan Fransanın ən məşhur şirniyyatlarındandır. Fransada çay və qəhvəylə birgə süfrəyə verilən bu şirniyyatı siz də bişirib sevdiklərinizlə bölüşə bilərsiniz.

Tərkibi:

  • 250 ml süd
  • 30 qr kərə yağı
  • 1 vanil çubuğu
  • 75 qr un
  • 130 qr şəkər tozu
  • 1 ədəd bütov yumurta
  • 2 ədəd yumurta sarısı
  • 25 qr tünd rom

Hazırlanma qaydası:

İlk öncə südü qızdırın, üzərinə yağ və vanil əlavə edib qarışdırın. Bir qabda yumurta və şəkər tozu qarışdırın. Üzərinə rom (istəyə görə) və vanilli südü əlavə edib qarışdırın. Un töküb yaxşıca qarışdırın. Hazırladığınız kütlənin üstünü streç salafanla bağlayın və 24 saatlıq soyuducuya yerləşdirin.

Ertəsi gün xəmiri 1 saat əvvəl soyuducudan çıxarın və otaq temperaturunda saxlayın. Silikon qəliblərin və ya yağlanmış qəlibləri 3/4 hissəsinə xəmirdən doldurun. Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin. Daha sonra sobanın temperaturunu 180 dərəcəyə endirin, təxminən 40-45 dəqiqə bişirin. Xırçıldayan şirniyyatı isti-isti süfrəyə verin.

Nuş olsun!


Метки записи: