Cəmi 20 dəqiqəyə hazırlanan bananlı desert

Порций:   Время приготовления:

Tez hazırlanan və dadlı deserti hazırlayıb uşaqlarınızı sevindirin.

Tərkibi:

  • 2 ədəd banan

  • 1 lay qat-qat xəmir

  • 120 qr şokolad yağı və ya qatılaşdırılmış süd

  • 1 ədəd yumurta

  • 150 qr şokolad

Hazırlanma qaydası:

2 bananı 12 bərabər hissələrə bölün və qabığını soyun.

Qat-qat xəmiri oxlovla yüngülcə yayın. Doğranmış bananları eninə xəmirin üzərinə düzün. Hər banan diliminin enində təxminən 3-5 sm-lik zolaqlar kəsin.

Şokolad yağını mikrodalğalı sobada ilıdın və bananların üzərinə tökün.

Rulet şəklində səliqəli bükün.

Soba sinisinə silikon keks qəlibini yerləşdirin. Qəlibin kənarlarından xəmirə bükülmüş bananları qoyun.

Üzərinə çırpılmış yumurta yaxın, keks qəlibinin də içərisinə şokolad yerləşdirin.

180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий