Çipsli soğan halqası

Порций:   Время приготовления:

1dlHB1D8whY

Sadə resepti və hazırlanması çox vaxt aparmayan dadlı qəlyanaltı olan soğan halqasının sobada hazırlanmasını təqdim edirik.

Tərkibi:

  • 135 qr un
  • duz
  • üyüdülmüş qara istiot
  • üyüdülmüş çili  bibəri
  • 250 ml yoqurt
  • 2 yumurta
  • 3 soğan
  • 20 ml bitki yağı
  • 100 qr kartof cipsi

Hazırlanma qaydası:

Bir böyük qabda ¼ fincan un, yarım çay qaşığı duz, 1/4 çay qaşığı istiot və ¼ çay qaşığı qırmızı bibər tozu. Başqa bir orta ölçülü qaba yoqurt, yumurta və ½ fincan + 2 xörək qaşığı un töküb tel çırpıcıyla eynikütləli olanadək çırpın. Bir qabda kartof çipslərini ovuntu halına gətirin. Soğanı təmizləyin və təxminən santimetr ölçüsündə doğrayın.

Soba sinisinə yağlı kağız sərin və bitki yağıyla yağlayın. Öncədən 200 dərəcə qızdırılmış isti  sobaya 8 dəqiqəlik perqament sərilmiş sinini qoyun qızsın. Soğan halqalarını unlu qarışığa hərtərəfli bulayın. Daha sonra yoqurtlu qarışığa batırın və  dərhal çips ovuntusuna bulayın. Hazır soğan halqalarını qızdırılmış siniyə düzün və orta hesabla 8 dəqiqə 2 tərəfli qızılı rəng alanadək bişirin. İsti soğan halqalarını duzlayın və hər hansı bir sousla xidmət edin.


c00jEJUz_eo 1G-fdAXRWMU hQZFR0PdZ4A xBBqefqS22c PFMRjb6oVkI RSV9Vq12EWM
Метки записи: