Çökərtmə kababı

Порций:   Время приготовления:

çökərtməÇökərtmə kababı resepti olduqca asan və dadlıdır.

Tərkibi:

  • 500 qr dana əti
  • 4 x.q duru yağ
  • 1 ç.q kəklikotu
  • 1 ç.q pul bibər
  • 1 x.q rəndələnmiş soğan
  • duz, istiot
  • 4-5 ədəd iri kartof
  • sarımsaqlı və ya sadə qatıq
Sous üçün:
  • 2 x.q kərə yağı
  • 1 ç.q pul bibər

Hazırlanma qaydası:

Əti incə formada doğrayın. İstiot, kəklikotu, duru yağ, soğan vurub, qarışdırın. 2-3 saat soyuducuda saxlayın. Sonra, ətin üzərinə azca su əlavə edib, bişirin, amma yağ vurmayın. Ətin suyu quruduqdan sonra, duz səpib, yağsız tavada biraz da qızardıb götürün. Kartofları təmizləyib, yuduqdan sonra, kibrit çöpündən biraz qalın doğrayıb, duzunu vurun. Bol duru yağda qızardın. Yeməyi yığacağınız qaba öncə qızarmış kartofları yığıb, üzərinə qatıq gəzdirin.Sonra ətləri əlavə edin. Kənarda 2 x.q kərə yağında 1 ç.q pul bibəri dağ edib, yeməyin üzərinə gəzdirin. Zövqə görə, kababın üzərinə göyərti səpib, doğranmış pomidor və ya bibərlərlə bəzəyin.

NUŞ OLSUN!


çökərtmə12974397_999063246855440_6570473160433125047_n