Çox dadlı almalı oladi

Порций:   Время приготовления:

Klassik oladilərdən fərqli olaraq bu gün sizlərə dadlı və asan hazırlanan qəlyanlatı hazırlamağı təklif edirik.

Tərkibi:

  • 3-4 ədəd alma

  • 3 xörək qaşığı şəkər tozu

  • vanil

  • soda (bıçağın ucunda)

  • 2 ədəd yumurta

  • çimdik duz

  • qızartmaq üçün bitki yağı

Hazırlanma qaydası:

İlk öncə almaları yuyun və qabığını soyun.

Sürtgəcin iri gözündən və ya blenderdən almaları keçirin.

Şəkər tozu və yumurta əlavə edib qarışdırın. Üzərinə vanil, soda və un (az-az ) töküb yaxşıca qarışdırın. Tavanı qızdırın, yağ əlavə edib qaşıqla xəmirdən töküb iki tərəfli  bişirin.

İsti almalı oladilərin üzərinə şəkər kirşanı səpib süfrəyə balla birlikdə verin.

Nuş olsun!

Метки записи: ,