Çox dadlı “Krepvil” tortu

Порций:   Время приготовления:

Çox dadlı və mükəmməl "Krepvil" tortunu bişirib qonaqlarınızı təəccübləndirə bilərsiniz.

Tərkibi:

Korjlar üçün:

  • 80 qr otaq temperaturunda kərə yağı

  • 100 qr şəkər tozu

  • 2 ədəd yumurta

  • 300 ml süd

  • ½ çay qaşığı qabartma tozu

  • 800-900 qr un

Krem üçün:

  • 650 ml süd

  • 1 vanil çubuğunun toxumu

  • 3 ədəd yumurta

  • 4 xörək qaşığı nişasta

  • 1 banka bişmiş qatılaşdırılmış süd

  • 120 qr otaq temperaturunda kərə yağı

Hazırlanma qaydası:

Korjlar üçün bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını şəkər tozuyla çırpın. Yumurtaları bir-bir əlavə edərək mikserlə çırpmağa davam edin. Süd əlavə edib qarışdırın. Un və qabartma tozunu ələyib südlü qarışığa töküb yumşaq, ələ yapışmayan xəmir yoğurun. Yoğurduğunuz xəmirin üzərinə streç salafan sərib yarım saatlıq isti yerdə saxlayın. Xəmiri “kolbasa “ şəklində kündələyin və 20 bərabər hissəyə bölün. Hər kündəni oxlovla yayıb diametri 22 sm olan dairələr kəsin. 170 dərəcə qızdırılmış sobada korjları təxminən 4-5 dəqiqə yüngül qızaranadək bişirin.

Krem üçün balaca qazana südü tökün. Üzərinə vanil çubuğunun toxumunu töküb ocaqda qızdırın. Başqa bir qabda yumurta və nişastanı çırpın. İsti südü əlavə edib dayanmadan qarışdırın. Çırpdığınız kütləni təkrar ocağa qoyun və qatılaşanadək qarışdıraraq bişirin. Bişmiş südlü-nişastalı qarışığı soyudun. Başqa bir qabda kərə yağını bişmiş qatılaşdırılmış südlə çırpın. Bişmiş kremlə qatılaşdırılmış südlü kütləni birləşdirin.

Korjların üzərinə krem yaxıb üst-üstə düzün. Tortun kənarlarına və üstünü kremləyin. Korjların kənarlarından qalan qırıntıqları toz halına gətirin. Krem yaxılmış tortun hər tərəfinə qırıntıqlarla bəzəyin. Tortu bir gecəlik soyuducuya yerləşdirin.

Nuş olsun!

Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий