” Cokonda ” tortu

Порций:   Время приготовления:

00046260

Bu tort adını ”Djokonda” biskvitindən alıb, hansıki adi biskvitdən hazırlanma qaydası ilə fərqlənir. Birincisi, xəmiri buğda unu deyil, badam əsasında edilir. İkincisi isə, yumurta sarıları əvəzinə bütöv yumurta və yumurta ağı istifadə olunur. Bu tort uzun müddət təzə qalır.

Tərkibi:

Biskvit üçün:

  • 200 qr badam unu
  • 50 qr kərə yağı
  • 25 qr şəkər kirşanı
  • 50 qr un
  • 200 qr şəkər tozu
  • 5 ədəd yumurta
  • 5 ədəd yumurta ağı

Krem üçün:

  • 400 qr kərə yağı
  • 250 qr şəkər tozu
  • 30 ml tünd qəhvə
  • 2 ədəd yumurta ağı
  • 4 ədəd yumurta sarısı
  • 100 ml süd

Şokoladlı qanaş:

  • 30 qr kərə yağı
  • 50 ml 35%-lik yağlılığı qaymaq
  • 175 qr ağ şokolad
  • 120 ml süd

Hazırlanma qaydası:

Biskvit üçün 3 yumurtanı şəkər tozu və badam unuyla 5 dəqiqə mikserlə çırpın. Çırpmağa davam etdirərək yumurtaları bir-bir əlavə edin. Kərə yağını əridin, üzərinə yumurtalı qarışıqdan 1 xörək qaşığı əlavə edib qarışdırın və kənara qoyun. Yumurta ağlarını şəkər kirşanıyla çırpın və badamlı yumurta qarışığına əlavə edin, ehtiyyatla qarışdırın. Yumurta qarışığını və ərinmiş kərə yağı qarışığını birləşdirin. Ələnmiş unu da əlavə edib qarışdırın. Yağlı kağız sərilmiş dairəvi soba sinisinə xəmirin 1/3 hissəsini tökün. Öncədən 230 dərəcə qızdırılmış sobada 7 dəqiqə bişirin. Eyni qayda ilə daha 2korj bişirin (xəmirin qalan hissəsini).

Kremi hazırlamaq üçün yumurta sarılarını şəkər tozunun yarısıyla qarışdırın. Südü ilıdın və qarışığa əlavə edin. Qarışdırın və ələkdən keçirib soyudun. Qalan şəkər tozu və 300 ml sudan sirop bişirin. Sirop soyumamış yumurta ağıyla çırpın. Kərə yağını ayrıca mikserlə çırpın, tədricən yumurta sarısı və süd kütləsini əlavə edərək çırpın. Kofeni süzün və ehtiyyatla şəkərli siropla çalınmış yumurta ağı kütləsinə əlavə edin. Ehtiyyatla qarışdırın və soyuducuya qoyun.

Şokoladlı qanaş hazırlamaq üçün ağ şokoladı rəndələyin. Qazanda südü qaymaqla qarışdırın və zəif odda ilıdın. Ocaqdan götürün, dərhal rəndələnmiş şokolad və kərə yağı əlavə edin. Mikserlə yaxşıca qarışdırın. Korjlara soyudulmuş krem yaxın və üst-üstə qoyun. Tortun üzəri şokoladlı qanaşın yarısını tökün və səthi hamarlaşdırın. Tortu 1 saatlıq soyuducuya yerləşdirin. Soyuyan tortun üzərinə 2-ci qanaş tökün və hamarlaşdırın. Daha 2 saatlıq soyuducuya qoyun. Tortu bəzəmək üçün təzə və ya konservləşdirilmiş giləmeyvə, xırdalanmış südlü və qara şokolad, həmçinin hazır qənnadı məmulatları, məsələn şəkərli güllərlə bəzəyə bilərsiniz.

Nuş olsun!


 
Метки записи: