Dorayaki (Yapon mətbəxi)

Порций:   Время приготовления:

"Dorayaki" və ya "Qızardılmış gong" - yapon mətbəxinin ən məşhur desertidir. İki blinçik arasında şirin Azuki paxlasının pastası əvəzinə iç qisminə cem, mürəbbə və ya şokolad yağı istifadə etmək olar.

Tərkibi:

  • 4 ədəd yumurta

  • 140 qr şəkər tozu

  • 2 xörək qaşığı bal

  • 160 qr un

  • 1 çay qaşığı qabartma tozu

  • 1-2 xörək qaşığı su

İçlik üçün:

  • 520 qr şirin Azuki paxlasının pastası və ya şokolad yağı (cem, mürəbbə)

Hazırlanma qaydası:

Bir qabda yumurta ,şəkər tozu və balı tel çırpıcıyla yaxşıca çırpın.

Un və qabartma tozunu yumurta kütləsinin üzərinə ələyin və qarışdırın.

Hazır kütləni soyuducuya 15 dəqiqəlik yerləşdirin. Soyuducudan götürüb üzərinə 1/2 xörək qaşığı su töküb qarışdırın.

Yapışmayan tavanı orta odda qızdırın. Tavanı kərə yağıyla yüngül yağlayın. Xəmirdən 1 çömçə diametri 7,5 sm tavaya töküb iki tərəfli bişirin.

Bişən blinçikləri boşqaba qoyun və üzərini nəm dəsmalla örtün. Bir blinçikin orta hissəsinə içlik qoyun və ikinci blinçiki üzərinə yerləşdirin.

Dorayakiləri streç salafana bükün. Streç salafanı çıxarın və süfrəyə verin.

Nuş olsun!

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий