Əcəbsəndəl

Порций:   Время приготовления:

Tərəvəzlərdən hazırlanan asan və dadlı "Əcəbsəndəl"in reseptini təqdim edirik.

Tərkibi:

  • 500 qr badımcan

  • 750 qr pomidor

  • 500 qr şirin bolqar bibəri

  • 500 qr soğan

  • 0,5 xörək qaşığı keşniş toxumu

  • 2-3 ədəd dəfnə yarpağı

  • bitki yağı

Hazırlanma qaydası:

Badımcanları uzunsov dilimləyin.

Soba sinisinə folqa kağızı sərin və yağlayın. Yuyulmuş bibərləri, pomidorları, dilimlənmiş badımcanları və qabığı soyulmuş soğanları soba sinisinə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobaya 25-30 dəqiqəlik yerləşdirin.

Sobadan götürdüyünüz tərəvəzlərdən pomidor və bibərləri bir qazana qoyun və qapağını örtün. 5-10 dəqiqə sonra pomidorların , bibərlərin qabığı soyun və tumlarını təmizləyin.

Badımcanları da qabığından ayırın. Soğanı halqa doğrayın, pomidorları xırdalayın. Bibərləri və badımcanları uzunsov doğrayın. Böyük bir qazana bitki yağı tökün. Bütün tərəvəzləri qazana əlavə edirn,üzərinə duz, istiot, keşniş toxumu, dəfnə yarpağı töküb qarışdırın. Qazanın qapağı bağlı 10 dəqiqə bişirin. Əcəbsəndəl yeməyi hazırdır..

Nuş olsun!

 
Метки записи: