Əriştə şorbası

Порций:   Время приготовления:

ErishteSoyuqdəymə və bir sıra digər xəstəliklərin dərmanı Əriştə şorbasının hazırlanma qaydası ilə tanış olun.

Ərzaqlar:

Əriştə üçün:
  • 4 st un,
  • 1 ədəd yumurta
  • 1  ç/q duz
  • apardığı qədər su
Şorba üçün
  • 400 qr qiymə
  • 3 baş soğan
  • duz, istiot, sarıkök
  • nanə qurusu, alça qurusu
  • yarım stəkan lobya
  • yağ

Hazırlanma qaydası:

  1. Un, su,yumurta və duz bir qaba tökülüb, xəmir yoğrulur. Xəmir kündələrə bölünür. Kündələr növbə ilə oxlovla yayılır, unlanaraq qatlanıb, olduqca nazik lent şəkilində kəsilir. Kəsilən lentlər əllə bir-birindən aralanıb, un səpilmiş qaba sərilib, qurudulur.
  2. 1 gün öncədən islağa qoyulmuş lobya, yuyulub, suda bişirilir.
  3. 2 baş soğan da, rəndələnib, qiyməyə əlavə olunur. Duz, istiot səpilib, qarışdırılır. Xırda küftəciklər hazırlanır. Yerdə qalan 1 soğan xırda doğranıb, yağda qovrulur. Üzərinə su əlavə edilir. Su qaynayan zaman içərisinə duz səpib, küftəcikləri tökürük. Sonra suyu süzülmüş lobyanı da şorbaya qatırıq. Ət bişənə yaxın bir neçə ovuc əriştə götürüb, qazana tökürük. Zövqə görə 4-5 ədəd alça turşusu da əlavə edirik. Şorbaya duz və istiot  və sarıkök səpib, əriştələr bişənədək ocaqda saxlayırıq.
  4. Əriştə şorbası süfrəyə isti halda təqdim edilir. Zövqə görə üzərinə nanə qurusu da səpmək olar
NUŞ OLSUN!   Resept üçün Afaq xanıma minnətdarıq.
Erishte  
Метки записи: