Ev şəraitində təbii QİDA BOYALARI

Порций:   Время приготовления:

Xəmir işlərində qida boyası istifadə etməyi sevənlər ev şəraitində təbii qida boyası hazırlaya bilərlər.

Qida boyaları, bir çox tort və peçenye reseptlərində istifadə olunur. Ancaq mağazalarda satılan qida boyaları sağlamlıq üçün zərərlidir. Bu məqaləmizdə sizlərə ev şəraitində təbii qida boyası hazırlanma qaydasını paylaşacağıq.

Bənövşəyi qida boyası:

Bənövşəyi qida boyası əldə etmək üçün bənövşəyi kələmdən 6 ədəd yarpaq qoparıb doğrayın. Doğradığınız kələmləri qazana qoyub üzərinə 5 stəkan suyu töküb bişirin. Qaynayan kələm suyunu süzün və bənövşəyi rəngli suyu buz qəliblərinə töküb dondurun (daha sonra istifadə etdikdə soyuducunun dondurucu gözündən çıxarıb istfadə edin).

Çəhrayı qida boyası:

Çəhrayı qida boyası etmək üçün 3 ədəd orta ölçülü çuğunduru götürüb və iki yerə bölün. Suyun içinə qoyub pörtlədin. Qaynayan suyun içinə bir stəkan şəkər tozu və bir paket qabartma tozu tökün. Qaynama prosesi bitdikdən sonra çuğundur suyunu da sonra istifadə etmək üçün soyuducuda buz qəlibində saxlayın.

Narıncı qida boyası:

Narıncı qida boyası hazırlamaq üçün 3 ədəd yerkökü soyun. Kökləri 2 stəkan suyun içinə tökün və bişirin. Tamam yumşalanadək qaynadın. Bu prosesin ardından kökləri qaynayan suyunun içində blenderdən keçirin.Hazır olan qarışığı buz qəliblərinə ya da keks qəliblərinə qoyaraq dondurucuda saxlayın.

Yaşıl qida boyası:

Əgər tort və ya keks bişirəcəkiniz və sizə yaşıl qida boyası lazımdırsa çıxıb almağınıza ehtiyac yoxdur. Evdə olan ispanaqla yaşıl qida boyasını hazırlaya bilərsiniz. Bunun üçün 10 yarpaq ispanağı götürün və suyun içində pörtlədin. Bişən ispanaqları blenderdən keçirin və suyu soyuducuda saxlayın.

Qırmızı qida boyası:

Tortlara, kekslərə hətta peçenyelərə rəng verərkən ən çox istifadə edilən qida boyası qırmızıdır. Qırmızı qida boyası əldə etmək üçün lazım olan bir ədəd qırmızı çuğundur və bir stəkan su. Bunun üçün çuğunduru soyub dilimləyin və suyun içində bişirin. Çuğunduru suyun içində bişirdikdən sonra süzün və suyunu buz qəliblərində soyuducuda saxlayın.

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий