Ev şəraitində zəncəfil yetişdirməyin QAYDASI

Порций:   Время приготовления:

Ev şəraitində saxsı qablarda müxtəlif bitki yetişdirə bilərsiniz. Hətta sağlamlığınız üçün faydalı olan zəncəfili evdə yetişdirmək mümkündür. Bu gün sizlərə zəncəfilin ev şəraitində yetişdirməyin qaydasını bölüşəcəyik.

İri zəncəfil kökünü (təzə) bir bıçaq köməyi ilə iri tikələrə bölün.

Daha sonra doğranmış zəncəfilləri otaq temperaturunda bir suyun içinə qoyun.

Zəncəfilləri 3-5 saatlıq suda saxlayın. Daha tez cücərməsi üçün 12 saata qədər saxlaya bilərsiniz.

Altında dəliklər olan böyük saxsı qab götürün.

Qabın içini torpaqla doldurun. Seçəcəyiniz torpağın xüms baxımından zəngin olmasına diqqət yetirin. Xüsusilə gilli torpaq qətiyyən işlətməyin. Zəncəfil rütubətli torpaqlarda daha asan yetişdiyi üçün gil onun üçün doğru bir seçim deyil.

Bu toprağın içinə suda saxladığınız zəncəfil tikələrini təxminən 5 sm içəri yerləşdirin və üzərini yenə torpaqla örtün.

Saxsı qabı günəş düşən yerdə saxlayın və tez-tez sulayın. Zəncəfil tropik iqlimlərdə asanlıqla yetişdiyi üçün torpağının hər zaman rütubətli olmağına və bol-bol günəş işığı almağına əhəmiyyət verməlisiniz.

Təxminən 4 həftə sonra zəncəfil cücərməyə başlayır. Zəncəfil 10 həftə sonra yaxşıca böyüyür. Amma əllərinizlə yetişdirdiyiniz zəncəfili istifadə etmək  üçün orta hesabla 10 ay gözləməlisiniz.

Əllərinizlə əkdiyiniz zəncəfillər 10 həftə etibarı ilə yaxşı böyümüş kimi görünsələr də torpağın altında qalan və əsas istifadə edilən bəzi kökləri özünü inkişaf etdirmək üçün daha çox vaxta ehtiyacı olur. Lakin düzgün qulluq edildikdə 8 ilə 10 ay arası kimi bir müddətdə kök zəncəfili istifadə edə bilərsiniz.

Метки записи: ,