Evinizdə təmizlik işləri apararkən bu 5 yerdə qətiyyən sirkədən istifadə etməyin!

Порций:   Время приготовления:

Yeməklərə ləzzət qatan sirkə eyni zamanda təmizlik mövzusunda da istifadə olunur. Bir çoxunuz sirkəni yağ ləkələrindən xilas olmaq üçün, mikrodalğalı sobanı təmizləmək üçün, gümüşləri parıldatmaq üçün istifadə edir.

Ancaq təmizlikdə bir nömrəli köməkçiniz olan sirkənin ev təmizliyində istifadə edilməməsi olan yerlər var. Bunun səbəbi isə sirkə turşusunun  bəzi səthlərə zərər vermək riski var.

Bunun üçün sirkəni aşağıda qeyd olunan mövzülarda istifadə etdikdə ehtiyyatlı olmalısınız.

Qranit və mərmər dəzgah

Sirkənin tərkibindəki turşular təbii daşlarla uzun müddət təmas etdikdə oyuqlar əmələ gəlməsinə səbəb ola bilər. Bunun əvəzinə bu cür dəzgahları təmizləmək üçün tərkibində ağır kimyəvi maddələr olmayan  yuyucu tozlar və ilıq sudan istifadə edin.

Təbii daş döşəmələri

Eynilə mətbəx dəzgahında olduğu kimi əgər döşəməniz təbii daş materiallardan hazırlanıbsa bu bölgələri də sirkə, limon suyu kimi turş maddələrlə silməyin. Bu turş maddələr daşlara zərər verib onu tədricən aşındırır. Bunun əvəzinə sodalı, ərəb sabunlu isti su ilə təmizləyə bilərsiniz.

Yumurta ləkəsi

Məsələn  yumurta yerə düşüb sındı və hər yerə bulaşdı. Təmizləmək üçün qətiyyən sirkədən istifadə etməyin. Çünki sirkə turşusunun quruluşu yumurta ləkəsinin daha da tündləşməyinə gətirib çıxarır və ləkənin çıxmasını daha çətinləşdirir.

Polad bıçaq

Bıçaq təmizliyi üçün sirkədən istifadə etməyin. Çünki sirkə poladın qaralmasına səbəb olur.

Taxta mebellər

Sirkə turşusunun zərər verdiklərindən biri də taxta mebellərdir. Sirkə bu mebellərin lakını silərək solğun  görünməsinə səbəb olur. Taxta  mebel təmizləyici məhsullar bu məsələdə daha doğru bir seçim ola bilər.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий