Folqada bişirilmiş “losos” balığı

Порций:   Время приготовления:

Süfrələri bəzəyən və bir çox xəstəliklərin şəfa mənbəyi olan balığın “losos” növünün reseptini təqdim edirik.

Tərkibi:

  • 1 ədəd losos balığı steyki

  • bir neçə dilim limon

  • ədviyyatlar  (duz, istiot, reyhan qurusu) zövqə görə

  • folqa kağızı

Hazırlanma qaydası:

Losos balığı steykini yuyun. Hər iki tərəfinə duz səpin. Soba sinisinin içərisinə folqa kağızı sərin. Duzlanmış balığı folqa kağızının üzərinə yerləşdirin. Balığın üstünə ədviyyatlardan səpin və limon dilimləri düzün.

Folqanı məktub kimi bükün. Əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Nuş olsun!

 
Метки записи: ,