“Funçoza” salatı (Koreya mətbəxi)

Порций:   Время приготовления:

Bu gün biz sizə Koreya milli mətbəxindən “Funçoza salatı” hazırlamağı təklif edirik. Bu qeyri-adi, lakin çox dadlı salat doğmalarınızı və  qonaqlarınızı yaxşı mənada təəccübləndirəcək.

Tərkibi:

  • 200 qr şəffaf əriştə

  • 3 ədəd müxtəlif rəngli bolqar bibəri

  • 1 ədəd təzə xiyar

  • 2 ədəd yerkökü

  • 3 diş sarımsaq

  • 2 çay qaşığı uksus

  • bitki yağı

  • soya sousu

Hazırlanma qaydası:

Əriştənin üzərinə soyuq su töküb 10 dəqiqə kənarda saxlayın.

Soyuq suyu süzün və əriştənin üzərinə qaynar su töküb 5 dəqiqə saxlayın.

Əriştənin suyunu süzün və axar suyun altında yaxalayıb süzün.

Kök və bibərləri samanvari doğrayın və bitki yağında yüngül qovurun.

Sarımsağı xırda doğrayıb qovrulan kök və bibərlərin üzərinə töküb 2-3 dəqiqə daha qovurub ocaqdan götürün. Bir qabda bişmiş və soyumuş tərəvəzləri, xiyar və əriştəylə qarışdırın.

Üzərinə soya sousu, uksus və duz töküb qarışdırın.

Nuş olsun!

Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий