“Göbələk” peçenyesi

Порций:   Время приготовления:

Çayın qəhvənin yanında sevilən şirniyyatlardan "Göbələk" peçenyesini sınamağı tövsiyyə edirik.

Tərkibi:

  • 460 qr un

  • 200 qr kərə yağı

  • 150 qr şəkər kirşanı

  • 1 çay qaşığı vanil

  • 2 ədəd yumurta

  • 40 qr nişasta

  • 1 paket qabartma tozu

  • 1 xörək qaşığı kakao

Hazırlanma qaydası:

Yumşaldılmış kərə yağını şəkər kirşanı və vanillə birlikdə tel çırpıcıyla çırpın.

Qarışdıraraq bir-bir yumurtaları əlavə edin. Un, nişasta və qabartma tozu əlavə edib yoğurun.

Xəmiri streç salafana büküb yarım saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxardığınız xəmirdən 46-48 kündələr yuvarlayın.

Yağlı kağız sərilmiş soba sinisinə düzün. Şəkildəki kimi kiçik borucuğu kakaoya bulayın və hər kündənin üzərinə dərin batırın (göbələk forması verin).

Peçenyeləri 180 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin.

Ətirli göbələk peçenyeləri sobadan götürün və soyudub süfrəyə verin.

Nuş olsun!


Метки записи: ,