Göyərtini yumağın ən düzgün yolu: Bu üsulu tətbiq edin, sağlam qalın

Порций:   Время приготовления:

Çiy olaraq istifadə edilən hər meyvə və tərəvəz istifadə edilməzdən əvvəl mütləq yaxşı yuyulmalı və kimyəvi dərmanlardan, bakteriyalardan və torpaq qalıqlarından təmizlənməlidir. Ancaq göyərtilərdə bu vəziyyət daha da çox diqqət tələb edir. Çünki göyərtiləri həm çiy olaraq istifadə edildiyi üçün mikroblardan təmizləmək daha çətindir, həm də yarpaqlar arasında qalmış qum və torpaq qalıqları olma ehtimalı çoxdur. Buna görə göyərtiləri yumaq digər meyvə tərəvəzlərə nisbətən daha çox diqqət tələb edir.

Göyərtilər necə yuyulmalıdır?

Marketdən və ya bazardan alınan göyərtiləri yumazdan əvvəl kökləri mütləq kəsilməlidir. Göyərtiləri ilk əvvəl gözlə görünməyən mikroblardan və bakteriyalardan təmizləmək lazımdır. Bunun üçün 1/3 nisbətində hazırlanmış sirkəli və ya limonlu suyun içərisinə qoyulan göyərtilər ən az 10 dəqiqə bu suyun içərisinə saxlanılmalıdır. Göyərtiləri limonlu və ya sirkəli suda saxlanma müddəti 15 dəqiqəni keçməməlidir, əks təqdirdə C vitaminiylə zəngin olan göyərtilər vitamin dəyərini itirər.

Sirkəli və ya limonlu suyun içərisində saxlanılan göyərtiləri arasında qalmış toz, qum və çirklərdən təmizləmək üçün yavaşca axar suyun altında yarpaqları səliqəli yumaq lazımdır. Bu proseslər düzgün şəkildə edilmədikdə  insanlara virus və ya parazitlər bulaşır. Bu da insanların xəstələnməsinə gətirib çıxarır.

Yumaq  prosesi bitən göyərtilər, tamamilə qumdan və tozdan təmizləndikdən əmin olduqdan sonra qurudulma prosesinə keçilir. Yaxşı yuyulmuş göyərtiləri altına kağız dəsmal sərilmiş dərin bir qab içərisinə qoyub qapağını möhkəm bağlayın. Göyərtilər belə iki həftə ərzində təzə şəkildə saxlanıla bilər.

Метки записи: , ,