Göz altı qaralmalardan və şişkinliklərdən xilas edən 3 məhsullu maska

Порций:   Время приготовления:

Sızanaqlardan xilas olmaq, qara nöqtələri təmizləmək və ya üzdəki şişkinliklərdən, göz altındakı qaralmalardan xilas olmaq üçün tərkibində bilmədiyimiz  kimyəvi maddələrdən  istifadə edilən kremlərə, maskalara, dəriyə qulluq məhsullarına dünyanın pulunu niyə verək ki? Bu gün hər kəsin evində olan sarıkök, qatıq və limondan hazırlanan maskanı sizinlə bölüşəcəyik. Artıq həftə sonu yaxınlaşır, bu resepti qeyd edin və parıldayan bir dəriyə sahib olmaq üçün sınamağa dəyər.

Sarıkök, son dövrdə tərkibində  kurkumin (curcumin) adlı maddə sayəsində qızıl dəyərində tanınan bir məhsuldur. Çünki bu aktiv maddə sayəsində orqanizmdə yaranan iltihablanmaların daha sürətli  yaxşılaşmasına dəstək olur, toksinlərin, yəni orqanizmimizə  girən yad maddələrin bədəndən uzaqlaşdırılmasına da kömək edir.

Əgər dəriniz çox qurudursa, bu qarışığa bal və ya zeytun yağı da əlavə edəbilərsiniz. Hər ikisi də tərkibində olan faydalı maddələr sayəsində dərinizi ağardaraq qidalandıracaq, daha çox quruyub qıcıqlanmasının  qarşısını alacaq.

Tərkibi:

  • ½ çay qaşığı sarıkök

  • ½ çay qaşığı təzə sıxılmış limon suyu

  • 2 xörək qaşığı qatıq

  • ½ çay qaşığı bal və ya zeytun yağı (zövqə görə)

Hazırlanma qaydası:

Kiçik bir qabın içinə bütün məhsulları töküb yaxşı qarışdırın. Sonra heç saxlamadan göz altı qaralmalar, şişkinliklər  kimi problemlərli  bölgələrə sürtün və 20 dəqiqə  gözlədin.Daha sonra üzünüzü soyuq suyla yaxşı yuyun. Əgər dəriniz çox qurudursa  maskaya  1/2 çay qaşığı bal və ya zeytun yağı da əlavə edin.

Ancaq maskanın gözünüzə təmas etməməsinə diqqət edin. Xüsusilə bu məhsullardan hər hansı birinə qarşı allergiya varsa, bu qarışığı tətbiq etməyin. Eyni şəkildə, allergik, həssas bir dəriniz varsa, üzünüzə tətbiq etmədən əvvəl mütləq mütəxəssis həkimlərlə məsləhətləşin.

Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий