Gözəl və baxımlı əllər üçün 5 maska

Порций:   Время приготовления:

Əllər - qadının vizit kartıdır. Onların gözəl və cazibədar görünməsini istəyirsinizsə bu 5 maskanı əllərinizə tətbiq edin.

Yumuşaldıcı maska

5 çay qaşığı yulaf yarmasını iki xörək qaşığı dəmlənmiş qara çayla qarışdırın.Alınmış kütləni əllərinizə çəkin, bir saatlıq pambıq əlcək taxın.Əgər mümkündürsə maskanı gecə boyu saxlayın - səhər əlləriniz yumuşaq, körpə əli kimi olacaq.

Cavanlaşdırıcı maska

Sürtgəcin balaca gözündən almanı çəkin (sarı və yaxud qırmızı alma).Üzərinə 3 çay qaşığı zeytun yağı və qaymaq əlavə edin (və yaxud xama).Alınmış qarışığı əllərinizə çəkin, 20 dəqiqə saxladıqdan sonra isti suyla yuyun.Effekti elə birinci prosedurdan sonra hiss olunur.Bu maskanı üzə də tətbiq etmək olar.

Qidalandırıcı maska.

Bir çay qaşıq balı yumurta sarısı ilə qarışdırıb əllərinizə çəkin.Pambıq və yaxud polietilen əlcəyi əllərinizə taxıb 20 dəqiqə saxlayın.İsyi suyla yuyun.Belə maska əlləri yaxşı qidalandırır..

Sakitləşdirici maska.

4 ədəd kartofun təmizləyib bişirin.Əzib üzərinə 4 xörək qaşığı süd əlavə edin.Əllərinizi hazırladığınız
pürenin içinə qoyub soyuyana gədər saxlayın.Maska əllərinizdəki xırda cızıqları və küləkdən əmələ gələn çatları aparır.

Təmizləyici maska - skrab

2 xörək qaşığı bitki yağını 4 xörək qaşığı şəkər tozu ilə qarışdırın.Alınmış qarışığı dairəvi hərəkətlə əllərinizə masaj edin.Hər ələ üç dəqiqə sərf edin sonra isti suyla yuyun.

Метки записи: , , ,