İmmuniteti gücləndirən ədviyyatlı portağallı çay

Порций:   Время приготовления:

Soyuq aylarda immunitet sisteminin güclənməsi və soyuqdan qorunmaq üçün bu çayı hazırlayıb içə bilərsiniz.

Tərkibi:

  • 1 çay qaşığı qara çay

  • yarım portağal suyu

  • 1 çimdik darçın və ya 1 darçın çubuğu

  • 1 çimdik zəncəfil

  • 1 dənə mixək

  • zövqə görə bal və cirə

Hazırlanma qaydası:

İlk öncə çaydana su doldurub qaynadın. Stəkana quru çay tökün və üzərinə qaynar su töküb doldurun. Yarım portağalın şirəsini sıxın və çaya əlavə edin (vitaminlərin qalması üçün çayı soyudub sonra şirəni əlavə etmək olar). Daha sonra çaya darçın, mixək, zəncəfil və başqa ədviyyatları əlavə edib qarışdırın. Dəm alması üçün 5 dəqiqə kənara qoyun və daha sonra süzün. Zövqə görə bal əlavə edin və için.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий