İydə haqqında faydalı MƏLUMATLAR

Порций:   Время приготовления:

Dünyanın bir çox yerlərində asanlıqla yetişən iydənin bir çox növü vardır. İydə ağacı 7 metrə qədər uzana bilir, yarpaqları yaşıl-gümüşü rəngdə, nazik, uzun və tüklüdür. Qabıqlı, oval, tüklü iydə meyvəsinin tumu xurma çəyirdəyinə oxşayır. May və iyun aylarında çiçək açan bu bitkinin meyvəsi payızda yetişir. Yağış suyu dəyməmişdən əvvəl toplanan meyvələr daha ləzzətli olur.

İydənin qida dəyərləri nədir?

İydə üzvi turşular, A, C, E vitaminləri, flaovan qlikozidlər, liflər, uçucu yağlar, yağ turşuları və dənə baxımından zəngin məzmuna malik bir meyvədir. Kalori dəyəri aşağı olduğundan pəhrizdə olanlar yeyə bilər.

İydənin faydaları nələrdir?

  • C vitamini baxımından olduqca zəngin olan iydə soyuqdəymə və tənəffüs yolu infeksiyalarında faydalıdır.

  • İshalı kəsir, bağırsaq pozğunluğuna yaxşı təsir edir.

  • Öskürəyə yaxşı təsir edir.

  • Sidik yolu və böyrək xəstəliklərində müsbət təsir göstərir.

  • Ürəkbulanmanın və qusmanın qarşısını alır.

  • Başda ekzema olmaqla dəri xəstəliklərində şikayətləri azaldır.

  • Meyvələrin yüksək lif tərkibi həzm sisteminin möhkəmlənməsini təmin edir.

İydə haralarda və necə istifadə olunur?

Yetişmiş iydə ləbləbi, fındıq kimi çərəz olaraq işlədilir. Təzə iydədən kompot hazırlanır. Xüsusilə iydə çiçəklərindən mürəbbə hazırlanır. Çiçək və yarpaqlarının pörtlədərək əldə edilən su, antiseptik xüsusiyyətinə görə ekzemada xaricə istifadə olunur, öskürək və bağırsaq pozğunluqlarında isə içmək vasitəsilə tibbi məqsədlə istifadə edilir. İydə yağını sulandırıb ağız təmizliyi üçün qarqara edilir. Çox xoş bir qoxuya malik bu bitkinin qopan və ya sınmış budaqları güldana qoyularaq bəzək məqsədli istifadə edilir. Odekolon emalında ətir verici kimi istifadə edilir. Son illərdə bəzi yabanı növlərinin kimyəvi tərkibinə görə farmakologiya və alternativ tibbdə də istifadəsi üzrə elmi tədqiqatlar sürətlənmişdir.

Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий