Kartoflu açma börək (Türk mətbəxi)

Порций:   Время приготовления:

Börək-Türk mətbəxinin əvəzolunmazlarından biridir. Bu gün sizlərə kartoflu açma börək reseptini təqdim edirik.

Tərkibi:

Xəmiri üçün:

  • 900 qr un

  • 200 ml süd

  • 200 ml su

  • 1 ədəd yumurta

  • 5 qr quru maya

  • 2 xörək qaşığı xama

  • 1 çay qaşığı duz

  • 1 xörək qaşığı şəkər tozu

  • 70 ml günəbaxan yağı

İçlik üçün:

  • 800 qr kartof (qabığı soyulmuş)

  • 200 qr soğan

  • 1 xörək qaşığı acı bibər tozu

  • 1 xörək qaşığı ədviyyat

  • duz, istiot

  • 30 ml bitki yağı

Arasına yaxmaq üçün 100 qr kərə yağı

Üzəri üçün 30 qr küncüt toxumu

Hazırlanma qaydası:

Xəmir üçün bir qabda ilıq süd, su, şəkər tozu, duz, yumurta və mayanı qarışdırın. Mikserin qabına unu ələyin və südlü mayalı qarışığı unun üzərinə tökün. Mikserlə xəmir olanadək çırpın. Xəmirin üzərinə günəbaxan yağı tökün və qarışdırmağa davam edin. Xəmiri streç salafana keçirin və 1 saatlıq kənara qoyun.

İçlik üçün soğanı xırda doğrayın, kartofları rəndələyin. Rəndələnmiş kartofları soyuq suda bir neçə dəqiqəlik saxlayın və süzün. Tavaya yağ tökün və soğanı qovurun, üzərinə kartofları əlavə edin. Acı bibər tozu, ədviyyat, duz, istiot əlavə edib qarışdırın və təxminən 10 dəqiqə bişirin.

Xəmirdən kündələr kəsin və yuvarlayın. Kündələrin üzərinə streç salafan sərib 20 dəqiqə saxlayın. Kündədən oxlovla uzunsov yuxa  yayın və əridilmiş kərə yağıyla yağlayın. Yağlanmış yuxanı kənarlarından əlinizlə dartaraq açın. Yuxanın üzərinə içlikdən qoyub rulet formasında bükün. Bükdüyünüz  yuxanı  çevirərək bükün və ilbiz şəkli verin. Yağlı kağız sərilmiş soba sinisinə düzün və 20 dəqiqə kənarda saxlayın. Üzərinə yumurta sarısı çəkin və küncüt səpin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin.

Nuş olsun!

Метки записи: ,